Keçid linkləri

Təcili xəbərlər

Apple-in yeni rekordu: 3 günə 9 milyon iPhone 5s və iPhone 5c satılıb


Arxiv foto
Arxiv foto
-
Apple şirkəti 3 günə 9 milyon iPhone 5s və iPhone 5c modellərini satıb.
Apple bu yeni modelləri 3 gündür ki, satışa çıxarıb.
Şirkət bildirir ki, 5s modellərinə tələbat gözlənildiyindən yuxarı olub.
Yeni modellərin satışı keçən sentyabrda iPhone 5 modelinin ilk günlərdəki satışını üstələyib. O vaxt 3 günə 5 milyon iPhone 5 satılmışdı.

Hər iki modelin qiymətləri "Apple"ın əvvəlki modellərinə nisbətən ucuzdur.
"Apple" əvvəllər ildə bir yeni model buraxardı. İndi 280 milyard dollarlıq smartfon bazarında başqa şirkətlərlə rəqabətdə uduzmamaq üçün strategiyasına dəyişiklik edib. Qiymətin nisbətən ucuzlaşması da bununla bağlıdır.

iPhone 5S 3 rəngdədir: qızılı, qara və ağ.

Şirkət bildirir ki, 64 bit-lik çipi bu modelə iPhone 5-dən iki dəfə sürətlə işləməyə imkan verir. Bundan başqa barmaq izi sensoruna malikdir. Bu da telefon sahibinin təhlükəsiz şəkildə on-line bazarlıq etməsinə şərait yaradır.

Ən son yazılan

XS
SM
MD
LG