Keçid linkləri

Təcili xəbərlər

Petigram: pişiklər üçün sosial media


Arxiv foto
Arxiv foto
-
Pişiyin var? Onun şəklini sosial mediada yaymağı sevirsən? Mobil telefonlar üçün yeni proqram Petigram pişiklər üçün əyləncəli və interaktiv sosial şəbəkə vəd edir.
Mashabel xəbər verir ki, pişik və digər heyvan sahibləri bu şəbəkədə öz sevimli heyvanlarının şəkillərini yaya, digər istifadəçilərin paylaşdığı şəkilləri izləyə bilərlər.
Sən burda öz pişiyinin “qohum-əqrabası”nı da tapa, heyvanlara qulluqla bağlı öyrənə bilərsən.
Petigram Facebook və Twitterin birgə modelidir. Yəni digər dostların səhifələrinə girib onların “divar”ına yaza bilərsən.
Petigramda fotoları paylaşmaq pulsuzdur.
Hazırda bu kiçik proqramı Apple App Store-den iOS telefonlarına yükləmək olar.
XS
SM
MD
LG