Keçid linkləri

Orta məktəblərdə daha çox fəndən imtahan veriləcək- [Video]


-
2015-ci ildən orta məktəblərdə daha çox fəndən buraxılış imtahanı veriləcək.

Bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə sentyabrın 27-də mətbuat konfransında deyib:

«Biz fənləri əvvəlcədən elan edəcəyik. Uşaqlar öz seçimləri ilə əlavə 2 fəndən imtahan verəcəklər». TQDK sədrinin sözlərinə görə, həmin fənlər Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, biologiya, fizika, kimya və bəlkə xarici dil olsun. Məleykə Abbaszadə, hələlik, bu yöndə müzakirələrin bitmədiyini bildirib.
TQDK sədri deyib ki, 2015-ci ildə ali məktəblərə qəbul qaydaları da dəyişəcək və attestat balları, eləcə də buraxılış imtahanlarının nəticələri nəzərə alınacaq.
XS
SM
MD
LG