Keçid linkləri

Təcili xəbərlər

Şanxay: Sosial şəbəkələrin bağlanması xarici sərmayədarlara təsir edir


Arxiv foto
Arxiv foto
-
Çinin nəzarəti altında olan Şanxay Azad Ticarət Zonası xarici sərmayədarlara öz qapılarını açır. Amma Şanxayda sosial şəbəkələrə girişlə bağlı maneələr var ki, bu da əcnəbi investorların ölkəyə marağına güclü təsir edən amildir.
Mashable-in məlumatına görə, hökumət ölkəni internetlə təchiz etmək üçün xarici telekommunikasiya kompaniyalarını dəvət etmək niyyətindədir.
“South China Morning Post” qəzeti hökumətdəki mənbələrdən birinə istinadla xəbər verir ki, əcnəbilərin azad ticarət zonasında şad-xürrəm yaşamaları və işləmələri üçün onlara evlərini xatırladacaq mühit yaratmaq lazimdır: “Əgər onlar Facebooka girə bilməsələr, ya da “The Nyu-York Times”-i oxumasalar, təəccüblənə bilərlər ki, azad-ticarət zonası Çinin başqa yerləri ilə nədə fərqlənir?”.
2009-cu ildən bəri Çində Facebook və Twitter bloklanıb.

“The Nyu-York Times” 2012-ci ildə Çinin keçmiş baş naziri Wen Jiabaonun ailə üzvlərinin var-dövlətindən yazandan sonra qəzetin internet saytına giriş qadağan edilib. O cümlədən, Bloomberg xəbər saytı və onun törəməsi Çinin indiki rəhbəri Xi Jinpingin ailə üzvlərinin maliyyə imkanlarından yazandan sonra ölkə rəhbərliyinin qəzəbinə tuş gəlib. Amma Şanxay Azad Ticarət Zonasında Bloomberg-ə girişin bərpa olunub-olunmadığı barədə bir söz deyilmir.
XS
SM
MD
LG