Keçid linkləri

Təcili xəbərlər

İnternet elanlarından əldə edilən gəlir surətlə artır


Social media loqosu
Social media loqosu
-
Bu ilin ilk yarısında Britaniyada internet elanlarından əldə edilən gəlir 3 milyard funt sterlinqə çatıb. Mobil video proqramlar və sosial mediada brend malların satışından qazanılan gəlir iqtisadiyyata təsir edib.

Ötən ilin analoji vəziyyəti ilə müqayisədə mobil telefonların satışı 130 faizə yaxın artıb 430 milyon funta çatıb. Məlumatı İnternet Elanlar Bürosu yayıb.

Britaniya hələ də çap mediası və radioların veb-saytlarında elan verilməsində aparıcılığını saxlayıb. Amma bununla yanaşı smartfonlar və planşetlər də ölkədə populyardı.

MobiLens texnoloji kompaniyanın bu ilin əvvəlində yaydığı məlumata görə, hər üç britaniyalıdan ikisinin şəxsi smartfonu var.

İnternet Elanlar Bürosu bildirir ki, internet vasitəsilə daha çox geyim, ərzaq və zinət əşyaları satılıb. Qurumun rəsmisi Tim Elkington deyib ki: “insanlar həyatlarını daha çox online keçirilər”.
XS
SM
MD
LG