Keçid linkləri

-
İnstagram yaxın aylarda yeniliklər edəcəyini açıqlayıb. Sosial şəbəkə özünü “dayanıqlı biznes” kimi təqdim etmək üçün platformasına yeniliklər gətirməyə çalışır.

İnstagram yetkililəri bildiriblər ki, ABŞ-da yaşayan İnstagram istifadəçiləri bu sosial şəbəkənin böyük üzvləri olan brendlərin gözəl, yüksək keyfiyyətli foto və videolarını izləyə biləcəklər.

İnstagram həm də bəyan edir ki, istifadəçilər bu elanlara nəzarət edə biləcəklər. Yəni onların bəyənmədikləri elanları gizlətmək imkanları olacaq.
XS
SM
MD
LG