Keçid linkləri

Təcili xəbərlər

Nobel mükafatı kimyanı kompüterləşdirənlərə verilir


 Arieh Warshel
Arieh Warshel
Michael Levitt Frans Pressə deyib ki, onun indi Nobel mükafatına layiq görülən elmi işi onun 20 yaşı olanda yazılıb.

"Mənim o kompüter proqramını yazanda 20 yaşım var idi."

Hazırda isə levittin 66 yaşı var.
....
2013-cü ilin Kimya üzrə Nobel mükafatına 3 ABŞ alimi layiq görülüb.

Martin Karplus, Michael Levitt və Arieh Warshel ən qəliz kimyəvi prosesləri kompüter proqramları ilə izləməyin əsaslarını yaratmağa görə bu mükafata layiq bilinib.

Hər 3 alim kimyəvi prosesləri öyrənməkdə kompüter modellərindən istifadənin əsasını qoyub.

Onların işləri dərmanların düzəlməsi kimi mürəkkəb proseslərə kömək edib.

Mükafatın qaliblərini elan edən İsveş Kral akademiyası bildirir ki, “Kimyəvi proseslər ildırım sürətilə baş verir, elektronlar atom nüvələri arasında sıçrayır, bütün bunlar alimlərin gözlərindən uzaq idi”.

“2013-cü ilin Nobel mükafatı laureatları kompüterdən istifadə ilə kimyanın sirli yollarının xəritəsini çəkmək imkanlarını göstərdilər. Kimyəvi prosesləri detallı bilmək dərmanları, günəş batareyalarını optimallaşdırmağa imkan verir”.

Onu da qeyd edək ki, Karplus ABŞ və Avstriya, Levitt ABŞ və Britaniya, Warshel ABŞ və İsrail vətəndaşıdır.

Ən son yazılan

XS
SM
MD
LG