Keçid linkləri

Təcili xəbərlər

Qafqazda bir seçkini yola verdilər


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Dünya uzunömürlü avtoritar liderlərlə necə etmək, nə etmək üstündə baş sındırarkən İlham Əliyev çox asanca, heç bir müqavimətlə qarşılaşmadan, öz seçki qaydalarına sadiq qalaraq üçüncü dəfə prezident oldu.

İndi nəticələr elədir ki, hələ bir-iki gün onlar ilkin hesab ediləcək. Bu hakim partiyaya seçki qurtarandan iki saat sonra öz qərargahı qarşısında izdihamlı şadyanalıq keçirməyə mane olmadı. İlkin nəticələrin hələ elan edilmədiyi vaxt onlar nəyi bayram edirdi?

İlkin nəticələrin hələ elan edilmədiyi vaxt onlar nəyi bayram edirdi?
Təsəvvür edin ki, dörd exit-poll-un nəticələrini! Bu nəticələr çox qəribə şəkildə bəzi telekanalların keçirdiyi rəy sorğusunun nəticələrini təsdiq edirdi. Heç birində İ.Əliyevin nəticəsi 80 faizdən aşağı olmadı. Hətta ən mötəbər, ən geniş şəbəkəyə malik olan sorğu mərkəzi belə seçkilərin nəticələrini belə dəqiqliklə müəyyən edə bilməzdi.

Ümumiyyətlə, normal ölkələrin praktikasında belə nəticələr olmur. Üstəlik, exit-poll-lar cəmi bir neçə məntəqəni əhatə edirdi. Bu nəticələrin əsasında ümumiləşmələr aparmaq, üstəlik onları bayram etmək –bunu yalnız sorğunun nə olduğunu bilməyənlər edə bilərdi.

Maraqlı cəhətlərdən biri də o idi, bu seçki də zurna-balabansız keçinmədi. Rayonlardan birində bir qocaman seçicinin məntəqəyə gəlişini toy-bayram kimi qeyd etdilər.

HƏTTA BİR ZİYALI İLƏ DƏ…

Elə irəlicədən də böyük dəyişikliklər ümidi yox idi. Ən əvvəl Konstitusiya dəyişəndə bilmək lazım idi ki, ölkə hara gedir. O vaxt hamı bunu sükutla qarşıladı, hətta ən fəallar belə «Seçki ki qalır!» -deyərək özlərinə təskinlik verdilər.

Amma qarşı tərəfdə-müxalifət düşərgəsində vəziyyət hətta bundan da qəliz ola bilərdi. Etiraf etmək lazımdır ki, Milli Şuranın namizədi öz missiyasını çox ləyaqətlə başa vurdu. Əvvəl tərəddüdlər vardı. Kimi deyirdi ki, C.Həsənli böyük siyasətin adamı deyil, adi ziyalıdır.

Milli Şuranın namizədi öz missiyasını çox ləyaqətlə başa vurdu
Başqa birisi iddia edirdi ki, bu adam iki dəfə deputat olub və istisna deyil ki, hakimiyyətlə müəyyən əlaqələri var. Amma o, bütün iradları alt-üst etdi. Bir detalı mütləq qeyd etmək lazımdır. Hakimiyyət teledebatlarda elə şərait yaratmışdı ki, adi adam, xüsusən də ziyalı bir insan bu atmosferə dözə bilməzdi.

Amma C.Həsənli dözdü və axıra qədər də sözünü dedi. Ona görə də ondan mümkün olandan artığını tələb etməyə dəyməz. O, nəyi bacardısa onu da etdi. Bəlkə də bacardığından da çox etdi.

Hakimiyyətə göstərildi ki, bura hələ Türkmənistan deyil. Adi bir ziyalı, adi bir müəllim cəmi beş-altı dəqiqəyə hakimiyyətin bütün siyasətini alt-üst edə bilər, necə ki, C.Həsənli etdi. Nə İ.Əliyevin vəkilləri, nə də onun siyasi peykləri C.Həsənli ilə debatda bacara bilmədi.

Ona görə də heç şübhə yoxdur ki, normal seçki keçirilsəydi C.Həsənli kifayət qədər səs toplayacaqdı. Amma vəziyyət nə göstərdi? Məlum oldu ki, hakimiyyət hətta orta göstərici müxalifət siyasətçisi ilə belə normal, demokratik seçki qaydaları ilə yarışmaq iqtidarında deyil.

HƏMİN İ.ƏLİYEV…

Bəli, İ. Əliyev növbəti dəfə prezident kimi qaldı. Bu, o deməkdir ki, Qarabağ münaqişəsi ilə bağlı onun daxili auditoriyaya hesablanmış ucuz ritorikası, Avropa siyasətilə bağlı böyük qeyri-müəyyənlik, ölkə daxilində inhisarçılıq və korrupsiya, şəxsiyyətə pərəstiş olduğu kimi qalacaq.

Bu, o deməkdir ki, daha beş il müxalifət təqib olunacaq, müstəqil gənclərin yolu təcridxanalardan, həbsdən keçəcək, neçə-neçə insan ölkəni tərk etmək məcburiyyətində qalacaq, millətin pulları köhnə binaların üzünün ağardılmasına, H. Əliyev mərkəzlərinin tikilməsinə sərf ediləcək.

Bu, o deməkdir ki, daha beş il müxalifət təqib olunacaq, müstəqil gənclərin yolu təcridxanalardan, həbsdən keçəcək
Bəlkə də bu günlər sonuncu ümid günləri idi. Düşünülürdü ki, dünya uzunömürlü avtoritar liderlərlə çarpışarkən bir ölkədə onlardan birinin bərqərar olmasına imkan verilməz.

Amma bu ümidlər doğrulmadı. Zaman-zaman beynəlxalq təşkilatlar öz hesabatlarını açıqlayacaq, onları dəqiqləşdirəcək. Amma bu günlərin bir üstünlüyü var. Onlar azərbaycanlılara tək öz hakimiyyətlərini deyil, həm də dünyanı tanıdır.

NÖVBƏ GÜRCÜSTANINDIR…

Elə bu ay Gürcüstanda da prezident seçkisi keçiriləcək. Bu müddət ərzində B.İvanişli ölkəsinə nə verdi? Bir müddətdir ki, Rusiya hərbəçiləri Osetiya ilə Abxaziyanı Gürcüstandan məftillərlə ayırmaqla məşğuldurlar.Şərhə ehtiyac varmı?


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG