Keçid linkləri

Təcili xəbərlər

Facebook: Azərbaycanda kişilər qadınlara nisbətdə fəaldır


Arxiv foto
Arxiv foto
-
Azərbaycanda Facebook istifadəçilərinin böyük əksəriyyəti 18-24 yaşlarındadır. SocialBarker-in hesablamasına görə, 25-34 arası yaş qrupu da bu sosial şəbəkədə fəallıq göstərir.
55-64 yaşlılarla müqayisədə 65-100 yaşlı Azərbaycan sakinlərinin Facebook-a marağı daha çoxdur. Facebook 13-17 yaş arasında olan yeniyetmələrin də diqqətini çəkir. Sosial şəbəkə fəallarına eyni gözlə baxsaq, Facebook-a qoşulan yeniyetmələri gözardı edə bilmərik.
Azərbaycanda kişilər qadınlara nisbətdə Facebookda fəallığını hələ də qoruyur. Azərbaycan Facebook istifadəçilərinin 64 faizi kişi, 36 faizi qadındır. Bu vəziyyətin Fələstinlə müqayisəsini aparan SocialBarker həmin ölkədə qadınların daha fəal olduğunu diqqətə yetirir – 42 faiz. Azərbaycandakı həmcinsləri ilə müqayisədə Fələstin kişiləri daha az fəaldır (58 faiz).

SİYASİ SFERADA VƏZİYYƏT NECƏDİR?
Dövlət başçısı İlham Əliyevin qızı Vip-Leyla Əliyeva və müğənni Roya Ayxan Facebook-da ən çox bəyənilən səhifələrin sahibidir.
Siyasətçilərdən izləyici sayına görə (193 min “fan”) İlham Əliyev birinci yerdədir.
“Azərbaycana xidmət edirəm” adı ilə qeydiyyatdan keçən səhifə ikinci yerdədir.
İlk onluqda AXCP sədri Əli Kərimlinin və Cəmil Həsənlinin də adları var. Maraqlı bir incəlik odur ki, Azərbaycan Facebook-cuları ilk onluqda Türkiyənin baş naziri Recep Tayyip Erdoğanı və prezident Abdulla Gülü də unutmayıblar.
Azərbaycan “fan”ları daha çox əcnəbi siyasətçiləri bəyənir. Facebook-un Azərbaycana aid statistikasında Gürcüstan prezidenti Mixail Saakashvilinin, Rusiyanın baş naziri Dmitri Medvedevin adları da gözə dəyir.
İdmana gəlincə, azərbaycanlı istifadəçilər daha çox Türkiyənin “Qalatasaray” və “Beşiktaş” futbol klublarını bəyənirlər. Bu siyahıda yerli “Neftçi” 4-cü sıradadır.
“Park Bulvar” səhifəsi “məkan” bölümünün lideridir. İkinci yeri “Cafe City”, daha sonrakı yerləri “Chinar” və “Mado” tutur.
XS
SM
MD
LG