-
Bu ilin sonunda «Azerspace-1» telekommunikasiya peykinin 10 milyon dollarlıq resurslarının ixrac ediləcəyi planlaşdırılır.
Bu barədə jurnalistlərə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlama verib.
ictnews.az saytıının məlumata görə, nazir bildirib ki, yerüstü stansiyaların genişləndirilməsi, müşahidə peykinin orbitə çıxarılması işləri də davam etdirilir:
«Artıq Azərbaycan dünyanın kosmik bazarlarında da öz yerini möhkəmləndirməyə başlayıb».
«Artıq Azərbaycan dünyanın kosmik bazarlarında da öz yerini möhkəmləndirməyə başlayıb».
Sayıt yazır ki, hazırda «Azerspace-1» peyki üzərindən yayımlanan kanalların sayı 58-ə çatıb.