Keçid linkləri

Təcili xəbərlər

Google Azərbaycan Milli müstəqillik gününü qeyd edir


Google.az-ın görüntüsü
Google.az-ın görüntüsü
.
Google şirkəti 18 oktyabr - Azərbaycan Milli müstəqillik günü xüsusi doodle (Google hazırladığı logoları belə adlandırır), logo hazırlamaqla qeyd edir.

Doodle-da Azərbaycan gerbi, bayrağın rəngləri yer alıb.

Hazırlanan doodle-u ancaq Azərbaycan İP-lərindən görmək mümkündür.

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
XS
SM
MD
LG