.
Facebook yeniyetmələrə statuslarını hamı üçün açıq (public) paylaşmağa imkan yaradıb. Artıq 13-17 yaş arasında olan yeniyetmələrin postlarını onun dostu olmayanlar da görə biləcək.
İndiyə kimi bu yaş qrupunda olanların postlarını yalnız dostları, dostlarının dostları və “ailə” qrupu görə bilirdi.
Mashable yazır ki, Facebook bu addımını yeniyetmələrin də eşidilmək ehtiyacı olması ilə izah edib.
Facebook bildirib ki, yeniyetmələr də istəyir ki, onların fəallığı, fikirləri barədə başqaları xəbər tutsun.
Yeniyetmələr həmçinin hamı üçün açıq olan postları izləmək üçün dost olmayanlar üçün göstəricini də dəyişə biləcək.