Bu günlərdə Britaniyada reyd keçirən Guildford (Surrey qraflığı) polisi miqrasiya qanunlarının pozulması ittihamı ilə çoxlu əcnəbi həbs edir. Əməliyyat polis idarəsinin tvitter səhifəsinə məsul olan əməkdaşının o qədər xoşuna gəlir ki, belıə bir post yazır: "Polis 1 - Gəlmələr 0" və ona haştaq yaradır #ƏlimizdənQurtarmazsız
Tvitter postunun tonu dərhal kəskin realsiyalar doğurur, ona cavab yazan şəbəkə istifadəçiləri polisi irqçilikdə ittiham edilər. Polis tezliklə postu mikrobloqdan çıxarır, daha sonra Surrey polis idarəsi "...insan ləyaqətini alçaldan ifadə tərzi yolverilməzdir" - deyə heysiyyatına toxunulmuş hər bir kəsdən üzr istəyir.
Xəbər verilir ki, hazırda tvitter postu ilə Guildford polisinin əcnəbilərlə iş mədəniyəti arasında hansısa bağlılığın olması araşdırılır.