Keçid linkləri

Təcili xəbərlər

ABŞ vaxtilə bildirirdi ki, «centlmen başqasının məktubunu oxumur»


ABŞ-ın telefon danışıqlarını dinləməsinə etirazçı, 29 oktyabr 2013-cü il, Vaşinqton
ABŞ-ın telefon danışıqlarını dinləməsinə etirazçı, 29 oktyabr 2013-cü il, Vaşinqton
-
"ABŞ Almaniya kansleri Angela Merkelin mobil telefonuna qulaq asır". “Guardian”, “Le Mond” , “Der Spiegel” yazırlar ki, ABŞ-ın Milli Təhlükəsizlik agentliyi İspaniyada 60 milyon, Fransada 70 milyon telefon danışğına qulaq asıb.

Bundan başqa, adı çəkilməyən ABŞ rəsmisi etiraf edib ki, dünyanın 35 liderinin telefon danışığına qulaq asılıb. Ancaq o, bu liderlərin adlarını çəkməyib.

NSA NİYƏ YARADILMIŞDI?

Milli Təhlükəsizlik Agentliyi (NSA) 1952-ci ildə məhz ABŞ-ın elektron siqnallarını xarici casuslardan qorumaq üçün yaradılıb.

1929-cu ildə ABŞ-ın Dövlət katibi olan Henry Simpson deyirdi ki, ”Centlmen başqasının məktubunu oxumur”. Stratfor yazır ki, Simpsonun bu bəyanatı ABŞ-ın rəsmi hökumət mövqeyini əks etdirirdi və Simpsonun idelaizmi ona gətirdi ki, ABŞ-ın şifrələrlə məşğul olan dövlət kriptologiya idarəsi pulsuz qaldı. Ancaq həyatın gerçəklikləri 1952-ci ildə ABŞ-I NSA-I yaratmağa məcbur etdi. İndi həmin NSA “başqalarının məktubunu oxuyur”.

KƏŞFİYYAT LİDERLƏRİ TƏKZİB EDİR

NSA-nın media məlumatlarına cavabı nədir? ABŞ Konqresi bu media qalmaqalı ilə bağlı kəşfiyyat rəhbərlərini sorğu-suala çəkib. Nümayəndələr palatasının Kəşfiyyat komitəsində Milli kəşfiyyat direktoru James Clapper bildirib ki, “qəzetlərin yazdıqları dəqiq informasiya deyil”. “Fransa vətəndaşlarının 70 milyon telefon danışığı məlumatının toplanması yalnışdır”.

Ancaq Edward Snowdenin verdiyi sənədləri Guardian qəzetində dərc edən jurnalist Glenn Greenwald deyir ki, NSA telefon danışıqlarını informasiya kimi toplayıb, informasiya bazası düzəldir.

NSA-ın direktoru general Alexander da konqresdə dinləmədə deyib ki, “Fransada 70 milyon telefon danışığına qulaq asılması tamailə yalandır”. Ancaq o, məlumatın toplanmasını inkar etmir: “bu ölkələrdə bir qisim informasiya toplanıb, NSA-ya verilib”.
Clapperdən konqresmenlər soruşublar ki, dünya liderlərinin telefonuna qulaq asılırmı? Clapper sualdan yayınıb ki, “qulaq asa bilərlər”.

Bəs ABŞ prezidenti Barack Obama bilirdimi ki, dünya liderlərinin telefonuna qulaq asılır?

Ağ Evin rəsmisi bunu inkar edir : “Obama belə dinləmələrdən xəbərsiz idi. Obama Merkelə deyib ki, ABŞ onun telefonuna qulaq asmır və asmayacaq”.
Onda niyə Obamanın dediyi Almaniyaya kifayət etmir və Almaniya ABŞ-a nümayəndə heyəti göndərib. Bu nümayəndələr prezidentin milli təhlükəsdizlik müşaviri Clapperlə və digər təhlükəsizlik rəsmiləri ilə görüşəcək.

Nümayəndələr palatasının sədri John Boehner NSA-nın qəti müdafiəçisi hesab olunur. O deyib ki, “hökumətin öz vətəndaşlarının həyatını qorumaq öhdəliyi var. Buna görə kəşfiyyat proqramları davam etməlidir. Biz burda balans tapmalıyıq. Biz indi tarazsız vəziyyətdəyik. Prezident bunları adamlara izah etməlidir”.

Senatın Təhlükəsizlik komitəsinin sədri Dianne Feinshtein isə deyib ki, onun fikrincə, ABŞ kəşfiyyatı başqa ölkələrin liderlərinin danışıqlarına qulaq asmalı deyil. Onun komitəsi kəşfiyyat proqramlarının monitorinqini keçirəcək.

Ən son yazılan

XS
SM
MD
LG