-
Vüqar Bayramov öz Facebook səhifəsində bu haqda yazıb:
Vüqar Bayramov öz Facebook səhifəsində bu haqda yazıb:
Benzinin qiymətində müşahidə edilən artımlardan sonra diqqətlər ictimai nəqliyyat sektoruna yönəldi. Benzinin qiymətindəki dəyişikliyin birbaşa xərc artımlarına səbəb olduğu əsas sektor təbii ki nəqliyyat sektorudur. Çünki bu sektorda sərnişin daşıma xərclərinin strukturunda benzin xərcləri 70 faizdən çoxdur. Deməli, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq nəqliyyatda xərclər yüksəlib.
Bu artımlardan sonra əslində nəqliyyat sektoru dilema qarşısındadır: ya dövlət bu sektora subsidiya ayıraraq ictimai nəqliyyatda xərclərin bir qismini üzərinə götürməldir, ya da sərnişinlərin daşınma taarifləri artırılmalıdır. İqtisadi baxımdan, benzinin 1 litrinin qiymətinin 70 qəpik olduğu ölkədə 1 sərnişinin daşınma taarifini (hətta xərcinin də deyil) 20 qəpik olması mümkün deyil. Bu bazarın ən sadə qaydalarına belə ziddir. O baxımdan, nəqliyyat sektorunda qiymət artımlarına gedilməməsi birmənalı şəkildə həmin sektoru iflic olmasına gətirib çıxara bilər. Artıq bu sektor sahibkarlar üçün rentabelliyini itirir.

İndi ictimai nəqliyyatda qiymətlərin süni şəkildə indiki səviyyədə saxlanması mümkün deyil. Bu iqtisadiyyatın əsas qanunlarına ziddir. Sahibkarı stimullaşdıran mənfəətdir və xərc qiymətdən yüksək olduğu halda səmərəlilik itir və iqtisadi sistem işləmir...
Benzinin qiymətindəki artımlardan sonra ictimai nəqliyyat sektoruna subsidiyaların verilməsi seçimlərdən biri olsa da belə bunun reallaşacağı inandırıcı deyil. Bunun isə əsas səbəbi məhz 2014-cü ildə ümumi daxili məhsulunun 3,0 faizi həcmində kəsrin müəyyənləşdirilməsidir. Gələn il büdcədə neftdən asıllıq əsas hədəf kimi nəzərdə tutulduğundan dövlət büdcəsindən əlavə subsidiyalaşçağa gedilməsi gözlənilmir. Əksinə, hökumət çalışacaq ki, qeyri-neft sektorundan, xüsusən də tənzimlənən qiymətlər sferasından büdcəyə daha çox vəsait cəlb etsin. Belə olan halda isə, ictimai nəqliyyatda yeganə seçim var: taariflər artırılmalıdır.
İndi ictimai nəqliyyatda qiymətlərin süni şəkildə indiki səviyyədə saxlanması mümkün deyil. Bu iqtisadiyyatın əsas qanunlarına ziddir. Sahibkarı stimullaşdıran mənfəətdir və xərc qiymətdən yüksək olduğu halda səmərəlilik itir və iqtisadi sistem işləmir. Təbii, taariflərin artırılmasının sosial tərəfi var. Amma təəssüf ki, iqtisadi uyğunsuzluq müşahidə edilən hallarda sosial faktorlara söykənmək mümkün olmur. O baxımdan, nə qədər acı olsada Azərbaycanda ictimai nəqliyyatda taariflərin artırılmasına ehtiyac var. Bunu nə qədər tez etsələr ictimai nəqliyyatda iqtisadi və ictimai münasibətlər o qədər tez qaydasında düşər.
* İqtisadçı Vüqar Bayramov ABŞ-ın Vaşinqton Universitetinin məzunu və iqtisad elmləri namizədidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri kimi Bayramov makro-iqtisadiyyat sahə üzrə bir sıra araşdırmaların müəllifidir.
2013-cü ildə Vilnüsdə keçirilən İdarə Heyətinin toplantısında Azərbaycan Milli Platformasının əlaqələndiricisi Vüqar Bayramov Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib.