Keçid linkləri

Təcili xəbərlər

2013-cü il dünya elminə nələr verdi?


Arxiv foto: Beynəlxalq Kosmik Stansiyada sınaqdan keçirilən Yaponiyanın Humanoid kommunikasiya robotu.
Arxiv foto: Beynəlxalq Kosmik Stansiyada sınaqdan keçirilən Yaponiyanın Humanoid kommunikasiya robotu.
-
Başa çatmaqda olan 2013-cü il ərzində çox sayda elmi nailiyyətlər, ixtiralar və kəşflər qeydə alınıb. Onlar barədə AzadlıqRadiosunun builki icmalını Antoine Blua hazırlayıb.

“Allah hissəciyi”ndən və Hominidin, yəni ibtidai insanın kəllə sümüyündən tutmuş sürücüsüz maşınlara və laboratoriyada yetişdirilmiş ətdən hazırlanmış ilk hamburgerə qədər çoxsaylı mövzular il boyu dünya mətbuatının xəbər başlıqlarında "göz qamaşdırıb".


SÜRÜCÜSÜZ GEDƏN MAŞINLAR

Avtomatika sənayesinin yenilikləri sürücüsuz avtomobillərin və hidrogen yanacağı ilə işləyən maşınların yaxın gələcəkdə geniş yayılacağına şübhəsiz ümidlər yaradıb.
Google-un sürücüsüz avtomobili
Google-un sürücüsüz avtomobili

Sürücüsüz gedən maşınlar avtomobillə bağlı həyatı inqilabiləşdirəcək, vaxta qənaətə, qəzaların qarşısının alınmasına imkan yaradacaq, şəhər planlaşdırmasını dəyişəcək, yaşlı və əlil insanların daha böyük hərəkiliyinə yol açacaq.

Avtonom maşınlar böyük şəhərlərin bəlası olan tıxacları aradan qaldıracaq, beləki tıxacların ən başlıca səbəbi olan insan faktorunu və onun sürət, dönmə və məsafə kimi subyektiv qərarlarını aradan qaldıracaq.

Sürücüsüz maşınlar texnologiyası üzərində işləyən əsas şirkət - Google şirkətinin icraçı direktoru Larry Page yeni texnologiyanın üstünlüklərindən danışıb:

"Təsəvvür edin ki, sürücüsüz maşınlar bizim həyatımızı və yaşadığımız landşaftı necə dəyişəcək: yaşıllıqlar üçün daha geniş sahələr, daha az avtomobil dayanacaqları, daha geniş hərəkilik, daha az qəzalar, daha çox sərbəstlik, sükan arxasında daha az itirilən vaxt. Hər bir orta amerikalı hər gün avtomobil sükanı arxasında 50 dəqiqə itirir. Təsəvvür edin ki, həmin vaxtı başqa işlərə sərf edə bilərdiniz”.

Avtonom maşınların prototipləri artıq ilk sınaqlardan keçib, lakin ekspertlər bildirirlər ki, bu maşınların ictimaiyyətin ixtiyarına verilməsi daha bir onillik də çəkə bilər.


HİDROGEN YANACAĞI İŞLƏDƏN AVTOMOBİLLƏR

Nəqliyyat sahəsində daha bir gözlənilən nailiyyət hidrogen yanacağı işlədəcək maşınlardır. Bu maşınlar tullantı kimi yalnız su buxarı buraxacaqlar.

Hələlik belə maşınlar üçün yanacaqdoldurma məntəqələri kasad, onların tikiləməsi isə bahadır. Bununla belə, onların yanacaqla doldurulması elektriklə hərəkət edən avtomobillərin elektriklə doldurulmasından daha az vaxt aparır.

Cənubi Koreya şirkəti Hyundai özünün hidrogenlə işləyən idman-tipli avtomobilinin gələn il Kaliforniya ictimaiyyətinə çatdırlacağını elan edib. Şirkət bildirib ki, bu maşın sınaq üçün ayı 499 dollara kirayəyə veriləcək, halbuki real xərc 3000 dollardır.

Hyundai həmçinin hidrogen yanacağının və avtomobilin başqa cari xərclərinin çəkilməsini də öz üzərinə götürüb.

Honda və Toyota eyni tipli avtomobillərin kütləvi istehsalına 2015-ci ildə başlayacaqlarını elan ediblər.


SÜNİ BURGER - QİYMƏTİ 332 MİN DOLLAR

Lakin dünyanın laboratoriyada yetişdirilmiş ilk burgeri qiyməti ilə müqayisədə hətta sürücüsüz maşınlardan da baha başa gəlib.
Josh Schonwald laboratoriyada əldə edilmiş ətdən hazırlanan ilk burgeri dadır. London, 5 avqust 2013
Josh Schonwald laboratoriyada əldə edilmiş ətdən hazırlanan ilk burgeri dadır. London, 5 avqust 2013

Hollandiya laboratoriyalarından birində inəyin gövdə hüceyrəsindən yetişdirilmiş bu süni burgerin hasilə gəlməsinə 332 min dollar xərclənib.

Çox bahalı burgeri avqüust ayında Londonda keçirilmiş mətbuat konfransında yeyiblər.

Burgerin dadına baxmış iki kulinariya yazarından biri - Josh Schonwald deyir ki, onun tamı tamamilə fərqli olub:

"Ağzında ət olduğunu hiss edirsən. Çatışmayan məncə piydir. Daha təmiz ətdir və adi burger kimi rahat dişlənir”.

Alimlər inanırlar ki, ətin laboratoriyada yetişdirilməsi min bir əziyyətlə mal-qara saxlamaqdansa, daha davamlı və ekoloji baxımdan daha təmiz ərzaq verə bilər. Üstəlik mal-qaranın atmosferdəki istixana qazlarını artırdığı düşünülür.

1.8 MİLYON YAŞI OLAN KƏLLƏ

Keçən il dünyanın diqqətini Qafqaza çəkən orada tapılmış 1, 8 milyon yaşlı kəllə
Gürcüstanın Milli Muzeyində saxlanan 1.8 milyon illik kəllə sümüyü.
Gürcüstanın Milli Muzeyində saxlanan 1.8 milyon illik kəllə sümüyü.
sümüyü olub. Gürcüstanın Dmanisi rayonunda tapılmış bu kəllə ona görə geniş marağa səbəb olub ki, əcdadlarımızın təkamülü barədə indiki baxışlarımızı tamamilə dəyişə bilər.

“Kəllə 5” adlandırılmış tapıntı Homoların hazırda kökü kəsilmiş Avstralopiteklərdən qopduğu pleystosen dövrünə aiddir və tam şəkildə tapılmış ilk belə qədim kəllə sümüyüdür.

Gürcüstan Milli Muzeyindən David Lordkipanidze deyir ki, tapıntı kəllənin Homo növlərindən Homo habilis və Homo rudolfensislə eyni qrupa aid olduğunu göstərir. Çünki 5 nömrəli kəllə bu iki növün əsas əlamətlərini – kiçicik beyin yuvasını və enli sifəti özündə birləşdirir:

"Kəllə sümüyü göstərir ki, Homo qrupu daxilində növlərin müxtəlif çeşidi olub. Onda belə bir sual doğur: Afrikada cəmi bir Homo növü olub, yoxsa onun daha çox növləri?”


NƏSLİ KƏSİLMİŞ HEYVANLARI DİRİLTMƏK OLACAQ?

Bu arada çoxdan kökü kəsilmiş heyvanların yenidən “dirildilməsi” ideyası 2013-cü ildə aktuallaşıb.
DNT-nin strukturu
DNT-nin strukturu

Bəzi alimlər bunun mümkünlüyü barədə ciddi düşünürlər və mamontların tükündən alınmış genetik kod barədə yetkin məlumat bu heyvanların canlı hüceyrəsinin tapıldığı təqdirdə onların yenidən yetişdirilməsinə imkan verərdi.

Rusiya alimləri bildiriblər ki, ideya bu ilin may ayında dişi mamontun aşkar edilmiş gövdə qəfəsi tapıldıqdan sonra daha inandırıcı görünür.

Ucqar Arktika adalarından Lyaxovskidə tapılmış 10 min illik bu sümüklərin üzərində qan aşkar edilib. Tədqiqatçı Semyon Grigoryev deyib ki, gövdə qəfəsi təmiz buzun içində donub qaldığından onun üzərindəki əzələ toxumaları yaxşı vəziyyətdə qalıb.

Grigoryevin rəhbərlik etdiyi Yakutsk Federal Universiteti bu ilin əvvəllərində Cənubi Koreyanın klonlaşdırma pionerlərindən Hwang Woo-Suk-la əməkdaşlıq barədə müqavilə imzalayıb. Koreya alimi 2005-ci ildə ilk dəfə olaraq iti klonlaşdırıb.

HİGGS BOZONU TƏSDİQ EDİLDİ

İsveçrə, Higgs bozonunu təqdim edən alimlər protonların hərəkət trayektoriyasını göstərirlər.
İsveçrə, Higgs bozonunu təqdim edən alimlər protonların hərəkət trayektoriyasını göstərirlər.
Və nəhayət 2012-ci ildə əldə edilmiş ən böyük elmi nailiyyət bu il iki alimə Nobel mükafatı qazandırıb.

Fizika sahəsi üzrə Nobel mükafatı onlara həm də “Allah hissəciyi” kimi tanınan Higgs bozonu barədə nəzəriyyələri üçün verilib.

Britaniyalı Peter Higgs və Belçikalı Francois Englert hələ 1960-cı illərdə bu elementar hissəciyin mövcudluğunu proqnozlaşdırmışdılar.

Adı çəkilən bozonun mövcudluğu 2012-ci ildə təsdiqləndi və tarixə əsrimizin ən böyük kəşfi kimi düşdü.
XS
SM
MD
LG