Keçid linkləri

Təcili xəbərlər

«Facebook»da yeni düymə istifadəyə verilib


Facebook
Facebook
-
“Facebook” sosial şəbəkəsində “Yardım et” düyməsi istifadəyə verilib. “The Los Angeles Times” nəşri yazır ki, yeni funksiya xeyriyyə təşkilatlarının səhifələri və postlarında görünəcək.

Hazırda Qırmızı Xaç, Amerika Kliniki Onkologiya Cəmiyyəti və Water.org səhifələrində sözügedən düymə əlçatandır. Layihəyə qoşulmaq istəyən xeyriyyə təşkilatları “Facebook”un saytındakı ərizəni doldurmalıdırlar.

İstifadəçilər yeni düymənin köməyi ilə 10, 25, 100 və ya 250 dollar məbləğində yardım edə bilərlər. “Facebook”dan bildirilib ki, vəsait xeyriyyə məqsədlərinə xərclənəcək.
XS
SM
MD
LG