Keçid linkləri

Təcili xəbərlər

Rusiya ilə yeni münasibətlər Ukraynaya nə vəd edir?


17 Dekabr - Kiyevdə etiraz aksiyası
17 Dekabr - Kiyevdə etiraz aksiyası
-
AQONİYANI UZATMAQ ÜÇÜN…

V. Yanukovych-in Moskvaya səfəri və səfərdən, necə deyərlər, boş qayıtmaması Ukrayna ilə bağlı sualları azaltmaq əvəzinə bir qədər də artırdı.

Nə baş verir? V. Yanukovych etiraz edən müxalifətçiləri və Avropa Birliyinin (AB) funksionerlərini aldatdımı?

Səfərlə bağlı beynəlxalq dairələrin rəylərinə baxsaq, onlar da çox polyardır: onu təqdir edən, Rusiya ilə Ukrayna arasındakı münasibətlərin normallaşmasını alqışlayanlar da var, əksinə Rusiya prezidentini Ukraynanı AB ilə assosiativ sazişi imzalamağa qoymamaqda ittiham edənlər də…

İndi Assosiasiya sazişi ilə də bağlı ən müxtəlif fikirlər səslənir. Onun gah növbəti ilin mart ayındakı sammitdə imzalanacağını deyənlər də tapılır, bu məsələnin, ümumiyyətlə, 2015-ci ildən- növbəti prezident seçkilərindən sonraya qaldığını iddia edənlər də…

V. Yanukovych ən azı bir il böhranı özündən uzaqlaşdıra bildi. Bunu etiraf etmək lazımdır.

Amma böhranın uzaqlaşması hələ onun həlli deyil. Sadəcə, ölkənin aqoniyası uzanır. Rusiya öz kreditlərini hansısa islahatların keçirilməsi ilə şərtləndirmir.
Bununla o, AB-dən ciddi şəkildə fərqlənir. Ona görə də bu kredit sadəcə «mədə» üçün, «yeyilmək» üçündür. Ona görə də Ukrayna böyük və kasıb ölkə olaraq qalacaq.

QONŞUNU EŞİTMİRLƏR, ÖZLƏRİ DƏ BACARMIRLAR…

Ölkənin özünün də daxili dinamizmi yoxdur. Onlar hələ də islahatların şokundan ehtiyat edirlər. V. Yanukovych hakimiyyəti isə təbiətən islahatçı deyil.

Viktor Yanukovych
Viktor Yanukovych
Ümumiyyətlə, islahatlarla bağlı Ukraynanın bəxti gətirmir. Bundan əvvəlki prezidentə-V. Yushchenkoya ümidlər böyük idi.

Amma o, heç nə edə bilmədi. Axırda məlum oldu ki, bu adamın hətta öz reytinqi haqqında belə dürüst təsəvvürü yoxdur.

İndi V. Yanukovych də birtəhər özünün birinci prezidentlik müddətini başa vurmaq haqqında düşünür. Amma ruslar eyforiyada bulunmaqda davam edirlər: onların fikrincə V. Putin öz ukraynalı həmkarına ikinci prezidentlik müddətini hədiyyə etdi.

Belə fikirlərə bəzi avropalı siyasətçilərin rəyləri də sövq edir. Məsələn, L. Valensa deyib ki, cəmiyyətin fədakarlığı böyük hörmətə layiq olsa da, bir məsələ aydın oldu ki, müxalifət güclü bir namizədlə ortaya çıxa bilmədi…

BAŞQA YOL DA YOXDUR…

Amma bütün bunlara rəğmən biz o qədər də bədbin deyilik. Güman etmirik ki, V. Yanukovych belə asanlıqla müxalifəti aldatmış olsun.

İnsanlar ona gücünü göstərdi. O da bu güc haqqında və böyük ehtimalla regiondakı gücün özü haqqında dürüst təsəvvür əldə etdi.

Düzdür, siyasətin topu hələlik V. Yanukovych tərəfdədir. O, kürsünü qorudu və AB-dən almaq istədiyi 15 milyard dolları Rusiyadan kredit şəklində almağı bacardı.

Amma bu, müvəqqəti üstünlükdür. Hər an siyasətin topu o biri tərəfdə ola bilər. V. Yanukovychin yolu aydındır- o, yalnız dövlət borcunu, kreditləri artırmaqla idarə edə bilər.

Amma bu yol deyil. Daha dərindən və geriyə çıxış yolu qoymadan böhrana girmək deməkdir.

Burada bir məsələni də qeyd etmək lazımdır ki, AB də Ukrayna ilə səxavətli tərzdə dolanmır. Onların bu ölkəyə ilkin olaraq nəzərdə tutduqları 600 milyon dollar həqiqətən də gülməli bir ədəddir.

Başqa ölkələr AB-ni seçdilər. Deməli, burada rasional bir məntiq var. Biri var, problemdən qaçmaq, biri də var, onun üstünə getmək. Əgər Ukrayna ikincini seçsəydi, əvvəldə bir qədər çətin olacaqdı, amma iqtisadiyyat müsbət impuls alacaqdı
Amma nə etmək olar? Rusiya ilə birgə olmaq, onun valyuta ehtiyatlarından yararlanmağa çalışmaq, yoxsa AB-nin dediklərini etmək?

Başqa ölkələr AB-ni seçdilər. Deməli, burada rasional bir məntiq var. Biri var, problemdən qaçmaq, biri də var, onun üstünə getmək. Əgər Ukrayna ikincini seçsəydi, əvvəldə bir qədər çətin olacaqdı, amma iqtisadiyyat müsbət impuls alacaqdı.

İndiki bədbin tondan belə nəticə çıxa bilər ki, sanki Avropa yolu Ukrayna üçün artıq bağlıdır. Yox. Belə düşünmürük.

Düzdür, hal-hazırda V. Yanukovych belə hesab edir ki, o, AB ilə danışıqlarda da əlverişli mövqe tuta biləcək və hətta ona təzyiq edəcək.

Olsun. Bunu qeyri-adi mühafizəkarlıq kimi qəbul etmək lazım deyil.
Ölkə hətta AB ilə danışıqlarda özü üçün əlverişli şərtlər tələb edirsə, prinsipcə, burada pis heç nə yoxdur.

Amma o bu şərtləri özü üçün inteqrasiyaya qarşı sipərə çevirmək niyyətindədirsə bu, artıq pisdir.

Böyük ehtimalla V. Yanukovych bunu bacarmayacaq. Ona görə ki, onun özünün düşündüyü yol qurtuluşa aparıb çıxarmır.

Əgər bu yolun sonu işıqlı görünsəydi, bəlkə də insanlar o işığa doğru gedərdilər. Amma indi işıq başqa səmtdədir…

Bunlar müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı forumda fikirlərini yaz, polemikaya sən də qoşul.

Ən son yazılan

XS
SM
MD
LG