-
Reklam gəlirlərini artırmaq üçün bir çox yola baş vuran Facebook-un istifadəçilərin mesajlarındakı məlumatları reklam verən şirkətlərlə paylaşdığı iddiası səs-küyə səbəb olub. ABŞ-ın Kaliforniya Ştatında açılan toplu məhkəmə iddiasında Facebook şəxsi mesajları satmaqda təqsirləndirilir. Şirkətin bu şəkildə istifadəçilərin gizlilik hüquqlarını pozduğu irəli sürülür.
İsveçrənin mərkəzi araşdırma şirkəti High-Tech Bridge isə iddiaları təsdiqləyən bir arayış yayıb. Bu arayışa görə, Facebook istifadəçilərdən xəbərsiz şəxsi mesajları araşdırır və bu bilgiləri xüsusi bir URL-də saxlayır. İddia açılandan sonra isə şirkət Facebook-u müdafiə edərək belə bir şeyin olmadığını deyib.
Michael Hurley ve Matthew Campbel adlı Facebook istifadəçiləri tərəfindən bütün ABŞ istifadəçiləri adından açılan iddia Facebook-un əleyhinə nəticələnsə, şirkət bir gün ərzində pozduğu hər gizlilik hüququ üçün 100 dollar ödəyəcək.