Keçid linkləri

Təcili xəbərlər

Bakıda küçə süpürən qadının özündən getməkliyi... [Fotolar]


Təmizlik işçisi
Təmizlik işçisi

-
Səhər 8-ci mikrorayonda binaların arası ilə işə tərəf gedirdim ki, qəfildən binanın qarşısında Binəqədi rayon bələdiyyəsinə aid təmizlik işçilərindən bir qadını yerə yıxılan gördüm. Tez ona yaxınlaşdım, gördüm ki, qadın özündə deyil, tir-tir əsir. Tez onu ən yaxın oturacağın üzərinə qoydum, yaxınlıqdakı camaatı səslədim. Qadın sap-sarı saralmışdı, vəziyyəti pis idi. Təcili tibbi yardım cağırdıq, o da 10-15 dəqiqəyə gəldi.

Tibbi yardımı gözləyərkən bu təmizləyici işləyən qadının yoldaşları gəldi. Giley-güzar etməyə başladılar. Onlardan biri “kaş bir nəfər olaydı, dərdimizi ona deyə bilərdik” deyəndə jurnalist olduğumu bildirdim və onların deyəcəkləri hər şeyi olduğu kimi yazacağıma söz verdim. Onların dediklərindən bəlli oldu ki:

- Onların işlədiyi yer 8-ci mikrorayon, 1 saylı Mİİ-nin ərazisidir və onlar bu idarənin işçiləridir;

- Onlar həftənin azı altı günü, saat 07:00-18:00-a qədər işləyirlər;

- Onların əmək haqqısı 180 azn-dən çox deyil;

- Onların iş rejimləri ağırdır: saat 7-dən 9-adək binaların önünü təmizləyib qurtarmalı, yüngül-ağır zibilləri, daşları daşıyıb maşına yükləməlidirlər;

- Onlar xəstələndikləri gün belə evdə qala bilməzlər;

Orda olduğum müddətdə Mİİ-nin rəhbərliyini və məsul işçiləri tapa bilmədim. Amma kimliyini bilmədiyim bir-iki adam mənə bunları “qəzetinizə verməyin” xahişi ilə müraciət elədi. Onların kimliyi ilə maraqlananda susub getdilər.

Tibb işçiləri gəldikdən bir az sonra qadın özünə gəldi. Onu Təcili Tibbi Yardım maşınında müayinə etdilər. Həkimdən aldığım məlumata görə qadının özündən getməsinə səbəb qan təzyiqinin çoxluğundan əziyyət çəkməsi olub. Həkim qeyd etdi ki, o, mütləq bir neçə gün istirahət etməlidir. Sonra tanımadığım bir şəxs o qadına yaxınlaşaraq evə getməsi üçün “icazə” verdi...

Yenidən hər şey “öz axarına” qayıtdı.







XS
SM
MD
LG