Keçid linkləri

Təcili xəbərlər

Mənim gördüyüm Amerika


Nüşabə Fətullayeva
Nüşabə Fətullayeva
-

Bu dükanlarda çoxlu cinsi azlıqlarla rastlaşıram.

İsa Şahmarlının intiharı ilə üstə-üstə düşdü deyə, onları kənardan daha çox izləyirəm. Gözlərinə qələm çəkib, dırnaqlarını boyayır, dükandakı alt paltarlarını üzərlərinə tutub, güzgünün qabağında tələsmədən seçim edirlər.

Kənardan xoşbəxt görünürlər...



Nüşabə Fətullayeva


AMERİKA İLƏ AZƏRBAYCANIN 7 FƏRQİ

(Səfər qeydlərim)


Washington DC-dən Philadelphia-ya, ordan da San Francisco-yadır biletim.

Philadelphia-da təyyarəni dəyişmək üçün cəmi 2 saata yaxın vaxtım var.

Təyyarənin bir neçə dəqiqədən sonra qalxacağı barədə elandan azı bir saat keçib.

Heyət sərnişinləri sakitləşdirir ki, hava dumanlıdır deyə uçuş gecikir.

Yerdəki qarı külək bir tərəfə, hərəkət edən təyyarələrsə başqa bir tərəfə sovurur.

Bayrıda göz-gözü gömür.

Washtington DC-yə yanvarın sonlarında güclü qar yağıb. Yollarda qartəmizləyən və duzsəpən maşınlar işləyir. Buna baxmayaraq bəzi yollarda hərəkət təhlükəlidir deyə məktəblər bağlanıb, hətta bəzi dövlət müəssisələrində işlər dayanıb.

AMERİKANIN FƏRQİ…
San Francisco
San Francisco

Təyyarəmiz Philadelphia-ya çatanda San Francisco-ya uçacaq təyyarənin qalxmasına cəmi 30 dəqiqə qalırdı.

Başqa təyyarəyə tələsənlərlə birgə hava limanında qaça-qaça terminalımı tapıb, çıxış qapısının qarşısında yerimi rahatlayıram.

San Francisco təyyarəsinə minik
San Francisco
San Francisco
başlanmasına hələ bir neçə dəqiqə var.

Vaxtım var deyib qarşı tərəfdən su alıb geri dönürəm. Yanımdakı qadın başlayır mənimlə söhbətə. Ümumiyyətlə, Amerikada yolda, liftdə, dükanda - insanlar tanıdı-tanımadı üzünə gülümsəyib, salamlaşırlar.

Başım söhbətə elə qarışır ki, birdən başımı qaldırıram ki, lövhədə San Francisco-nun əvəzinə Las Vegas yazılıb. Məlum olur ki, su almağa gedəndə minik elan olunub və təyyarə tərpənib.

Mənə müştəri xidmətlərinə yaxınlaşmağı tövsiyə edirlər. Ümidliyəm ki, necəsə təyyarəyə məni çatdırarlar. Amma 10 dəqiqədən çox növbədə gözləyəndən sonra yeni biletin qiyməti, növbəti uçuşun nə vaxt olacağını düşünürəm.

Növbə mənə çatır. Olayı anlatmaq istəyirəm ki, qız məndən biletimi istəyir və başlayır kompyuterdə nəsə işləməyə. Bir neçə dəqiqədən sonra gecikməyə görə məndən üzr istəyir və ən tez yolla Philadelphia-dan Charlotte-a, ordan da San Francisco-ya bilet verir.
San Francisco
San Francisco

Charlotte-a minik üçün çıxışı axtara-axtara Amerikada olduğumun fərqinə varıram.

SAN FRANCİSCO! GÜNƏŞ! ENERJİ!

Əslində San Francisco-da axşam 8-in yarısında olmalı idim. Məlum gecikmədən sonra gecə saat 2-nin yarısında çatıram.

Soyuq və şaxtalı havadan burda əsər-əlamət yoxdu. Elə bil avqust axşamıdır. Taksiyə oturub nəhayət otelimə çatmağı səbirsizliklə gözləyirəm. Sürücü çinlidir. Ləhcəli ingilis diliylə mənə səhərdən azı 5 dəfə cavablandırdığım sualları verir.

Təşkilatçılar mənə, özəlliklə, San Francisco-da adamların çox danışdığını qabaqcadan demişdilər. Yorğunluqdan gözlərim yumula-yumula sualları cavablamağa başlayıram.

Otelə necə gəlib çatdığımızı bilmirəm. Sürücü yol boyunca məni o qədər güldürmüşdü ki, maraqlı ola biləcək yerləri göstərib, görməli yerləri tövsiyə etmişdi. Sayğac təxminən 46 dollar yazıb. 50 dollar verib sağollaşıram.

San Francisco-da ilk günüm...

Bakı ilə Washington arasındakı 9 saata alışmamış, San Francisco-da tam 12 saatlıq fərqə öyrəşməliyəm. Amma saatların geri olması ilk gün mənim xeyrimədir. Səhər doyunca yatıram.

Washington-un soyuğundan o qədər donmuşdum ki, San Francisco-da da bayıra qalın paltarla çıxmışdım. Oteldən bir xəritə götürüb yola çıxıram. Elə bil əvvəllər bir neçə dəfə olmuşam bu şəhərdə. Hara lazımdısa gedib, geri döndüm. Ciddi bir çətinliyim də olmadı. Xəritənin əlimdə olması, hər küçənin başından adının yazılması azmış kimi, asfalta da küçənin adını yazıblar.

Cəmi bir gün öncə soyuqdan donduğum halda, indi yaz havasında gəzirəm. San Francisco yaddaşımda ilk olaraq elə günəşi ilə qalacaq. Sonra hündür binaları ilə. Binalar çox hündürdü. Amma binaların hündürlüyünü başını qaldırıb yuxarı baxanda anlayırsan. Kənardan elə də böyük görünmür.

Bir də uzanan yollar. Bir küçənin başında dayansanız azı 5-6 küçəyə qədər düm-düz yol uzanır.
San Francisco
San Francisco

15 günə yaxındı (yanvarın 22-dən) Bakıda yoxam. Qulaqlarım siqnal səsindən dincəlib. Arada təcili yardım, bir də polis maşınlarının səsini eşidirəm.

AZLIQLARA MÜNASİBƏT

Ən sevdiyim məşğuliyyət makiyaj dükanlarını gəzməkdi. Bu dükanlarda çoxlu cinsi azlıqlarla rastlaşıram. Onlar təkcə makiyaj yox, qadın alt paltarı mağazalarına da rahatlıqla gəlib, alış-veriş edilər.

İsa Şahmarlının intiharı ilə üstə-üstə düşdü deyə, onları kənardan daha çox izləyirəm. Gözlərinə qələm, dırnaqlarına boya çəkib, dükandakı alt paltarlarını üzlərinə tutub, güzgünün qabağında tələsmədən seçim edirlər. Kənardan xoşbəxt görünürlər. Bu onların seçimidir və seçimlərinə kimsə qarışa bilməz.

San Francisco-ya Araşdırma Jurnalistikası Mərkəzində (Center for İnvestigative Journalism - CİR) təcrübə keçməyə gəlmişəm. Bu mərkəzin əməkdaşı deyir ki, özəlliklə, San Francisco-da cinsi azlıqlar çoxdur. Amma onların əksəriyyəti Amerikanın müxtəlif ştatlarından, eləcə də digər ölkələrdən gələnlərdir. California eyni cinslilərin evlənməsinə icazə verən ilk ştatlardandır deyə San Francisco-ya üz tutanların sayı artıb.
San Francisco
San Francisco

AZAD OL! AMMA BAŞQALARININ AZADLIQLARINI MƏHDUDLAŞDIRMA...

İstər isti havada nazik geyimdə gəz, istər qalın – papaq-şərfdə, istər saçlarını azı 7 rəngə boya, istər dayanacaqda qulaqcığın qulağında özün üçün rəqs elə, istərsə də yolun bir kənarında oturub ətrafı seyr elə, sənə gözün üstə qaşın var deyən olmaz.

Əsas odur ki, sənin azadlığın başqalarının azadlığını məhdudlaşdırmasın. Necə? Bir dəfə təkcə gəzirdim, bir nəfər qulaqcıqla oxuya-oxuya gedirdi və birdən qışqırdı. O qışqırdı, mən də təbii ki qorxdum. Azı 5 dəqiqə məni qorxutduğu üçün üzr istədi.

San Francisco-da ictimai yerlərdə siqaret çəkmək olmaz. Ancaq ara küçələrdə, insanların az gedib-gəldiyi yerlərdə siqarət çəkilməsinə icazə var. Belə küçələrdən keçəndə birinin siqaretinin tüstüsü təsadüfən siz tərəfə gəlirsə dərhal siqareti söndürüb azı 5 dəfə üzr istəyəcəklər.

Azadlıqlarının da bir həddi, çərçivəsi var. Çünki çərçivədən çıxsalar, hədlərini aşsalar bunun azadlıq olmadığını anlayırlar. Başqalarının azadlıqlarını fikirləşirlər, ona görə də bir-birlərinin haqlarına hörmətlə yanaşırlar.

Onlardan fərqli fikirləşənləri qınamırlar. Azərbaycanda istər müasir düşüncəli, istərsə də konservativlərdən fərqli olaraq.
San Francisco
San Francisco

Hər kəs bir-birinin seçiminə hörmətlə yanışır. Daha doğrusu heç onların seçimlərini müzakirə edə bilmə ehtimalını belə ağıllarına gətirmirlər. Düz də edirlər. Nəylərinə lazımdır. Zövqsüz geyinən birinə, ya da cırıq geyinən birinə əlləri ilə işarə edib, “ona bax, ona bax” desinlər.

San Francisco
San Francisco
İnsanlardan ancaq xoş söz eşidirsən. Məsələn, dayanacaqda dayanmısan, bir nəfər yaxınlaşıb sənə “Jaketindən xoşum gəldi çox qəşəngdi”, ya da “Saçlarının rəngi təbiidir? Çox gözəldirlər” - deyib keçəcək. Əvvəl-əvvəl mənə qəribə gəlirdi. Sonradan anladım ki, insanlar bu yolla bəlkə də bir-birlərinə mənfi yox, müsbət enerji vermək istəyirlər.

KRİMİNAL MARKET KÜÇƏSİ...

Amma bütün bunlar o demək deyil ki, San Francisco-da qüsursuz bir cəmiyyət qurulub. Yollar o qədər təmizdir ki, gözün balaca bir zibil axtarır. Küçələrdə gözünə sahibsiz nə bir it, nə də pişik dəyər. Sahibsiz heyvanlara baxım üçün xüsusi təşkilatlar var.

Bu təmiz və ətrafı gözəl binaların yanından keçəndə birdən burnuna elə bir iy gəlir ki, azı bir neçə dəqiqə özünə gələ bilmirsən. San Franciso-nun hər addımında kimsəsizlər, evsizlər var. Kartonların üstündə, bahalı, gözəl görünüşlü binaların, dükanların qabağında gecələyirlər. Təsəvvür edin qatara minirsiniz. Ancaq bir stansiya dözə bilirsiniz, növbəti stansiyada dərhal vaqonu dəyişməli olursunuz.

Jurnalist həmkarım deyir ki, San Francisco-da küçələrdə qalanların çoxluğu California-nın digər ştatlarla müqayisədə isti olmasına görədir. Ona görə də başqa ştatlarda yaşayanlar da qışda bura gəlirlər.

Hər halda heyvanların himayəsi üçün təşkilatlar yaradılan şəhərdə küçə insanlarının himayəsi üçün də hansısa qurum yarada bilərdilər.
San Francisco
San Francisco

San Francisco-nun mərkəzi Market (Bakının Nizami küçəsi) küçəsinin başlanğıcı günün istənilən vaxtı təhlükəsizdir. Amma saat 9-dan sonra bu küçənin sonuna getmək arzu olunmur. Həmin yerlərdə kriminallar çoxdur deyə, otel işçiləri xəbərdarlıq edir. Bu kriminalların da çoxu həmin küçələrdə qalanlardır.

SAN FRANCİSO-LULAR NƏYİN HƏSRƏTİNDƏDİRLƏR?

Təsəvvür edin hətfəsonu turizm turuna yazılırsınız və hava proqnozlarında gözlənilmədən havaların soyuyacağı, yağış yağacağı deyilir.

Bu xəbərdən təəssüfünüzü biruzə versəniz, yəqin San Francisco-lular sizi ən qatı düşmənləri hesab edərlər.

Lap Azərbaycanın şifahi ədəbiyyatında təsvir olunduğu kimi onlar da yağışın yağmasını səbirsizliklə gözləyirlər.

California, özəlliklə, San Francisco susuzluqdan əziyyət çəkir. Bir az yağan yağış onlara hədsiz sevinc gətirir. Bir-birlərinə həftəsonu yağış deyib muştuluq boyun olurlar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG