Keçid linkləri

Təcili xəbərlər

Samsung Galaxy S5 modelini təqdim edib


Galaxy S5
Galaxy S5
-
Samsung şirkəti Barselonada təşkil edilən «Mobile World Congress 2014» sənaye sərgisində Galaxy S5 modelini təqdim edib.

Samsung Galaxy S5 5.1 düym full HD (1920 x 1080) AMOLED ekrana sahibdir. Ölçüsü Galaxy Note 3 və Galaxy S4 arasındadır. Galaxy S5 barmaq izi oxuyucu, nəbz ölçən, IP76 sertifikatlı toza və suya davamlı gövdəsiylə diqqət çəkir. “Download Booster” xüsusiyyəti internet bağlantısını daha da keyfiyyətli edir. Uşaq rejimi isə uşaqların toxunmamalı olduqları ayarlara çatmaqlarını əngəlləyir.

Telefon 16 megapilksel kamera, 0.3 saniyəlik autofocus xüsusiyyətinə sahibdir. Galaxy S5 HDR xüsusiyyəti ilə təbii rəngləri və işığı yenidən işləyərək, hər şəraitdə effektiv foto çəkməyə imkan yaradır.

Galaxy S5 satışa dörd rəngdə təqdim ediləcək: ağ, qara, mavi və qızılı. Mobil telefonun ağırlığı 145 qramdır ki, bu da S4 modeli ilə müqayisədə daha ağırdır.

Galaxy S5 11 aprel tarixindən 150 ölkədə satışa çıxarılacaq. Qiymətlər isə hələ açıqlanmır.
XS
SM
MD
LG