Keçid linkləri

Təcili xəbərlər

WhatsApp-a yeni xüsusiyyətlər gəlir


WhatsApp
WhatsApp
-
WhatsApp iki yeni xüsusiyyəti ilə istifadəçilərin qarşısına çıxacaq. Tezliklə, hazır olması gözlənilən yenilənmə bir çox istifadəçilərin ürəyincə olacaq.

PROFİL ŞƏKLİNİZİ İSTƏMƏDİYİNİZ İNSANLAR GÖRMƏYƏCƏK

Hazırda nömrənizi tapan və istəmədiyiniz biri profil şəklinizi görə bilər. WhatsApp-ın yeni xüsusiyyəti ilə telefon kitabçanızda qeyd etmədiyiniz kimsə profil şəklinizi görə bilməyəcək.

SON GÖRÜNMƏ VAXTINIZI İSTƏMƏDİYİNİZ İNSANLAR GÖRMƏYƏCƏK

Digər yeni xüsusiyyət isə budur ki, artıq ən son nə zaman WhatsApp-da olduğunuzu
sadəcə istədiyiniz insanlar görə biləcək. Hazırda isə bu məlumatı ya hər kəs görür, ya da heç kim görə bilmir.

YENİLƏNMƏ BİR HƏFTƏYƏ ÇIXACAQ

Android istifadəçiləri bu yeni xüsusiyyətlərə sahib son versiyanı WhatsApp-ın saytından yükləyə bilərlər. App Store və Google Play-də isə tətbiqin bir həftəyə çıxacağı gözlənilir.
XS
SM
MD
LG