Keçid linkləri

Təcili xəbərlər

"Sovetski"ni sökmək, yoxsa restavrasiya etmək?


Bakıda "Sovetski" kimi tanınan ərazi
Bakıda "Sovetski" kimi tanınan ərazi
.
Zörab İsmayıl
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri


"Sovetski"nin sökülməsi məsələsi ortaya çıxan kimi bəziləri "yaxşı edirlər" dedi, bəziləri bunun "gözlənilən olduğunu" qeyd etdi, bəziləri isə hətta "vacib olduğunu" vurğuladı. Planlar irəli sürən və tövsiyyələr də verənlər də tapıldı.

Əsas arqument isə ondan ibarətdir ki, "hələ sovet dövründə buranın sökülməsi nəzərdə tutulub". Başdan ayağa bədbəxtçilikdir. Görün, neçə ildir "Sovetski" yarlığı bu ərazinin üstündən götürülmədi, üstəlik 23 il öncə arxivə getmiş "sovet qərarlarından" da qurtara bilmirik.

Hər şeydən öncə bura Bakının düz göbəyidir, yüzlərlə 2-3 mərtəbəli evlər, hamamlar və gözəl binalar var. Ərazinin əsas problemi odur ki, uzun müddət baxımsız qalıb, çox sayda ev yararsız hala düşüb, yollar və komunikasiya xətləri pis vəziyyətə düşüb və planlı yenilənmə aparılmayıb.

Amma Beşmərtəbə ərazisi kimi bu məkanın da də sökülməsi cinayət olardı. Aydın məslədir ki, bir qrup məmur ərazidəki torpaqları ələ keçirmək, həmçinin mərkəzin ətrafında və şəhərin kənarlarında tikdiyi evləri satmaq istəyir.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Şəhər planlaması və yenilənməsi hansısa ərazinin tamamilə sökülməsi anlamına gəlmir. Ən məntiqlisi o olardı ki, biz indi bu ərazinin restavrasiya olunmasından danışaydıq.

Prinsipcə, hökumət "Sovetski"nin yenilənməsi planı hazırlaya bilərdi. Ola bilsin ki, bu prosesdə hansısa evlərin sökülməsi qaçılmaz olsun, bərpası mümkün olmayan evlər sökülsün və yerinə ərazinin aurasına uyğun 2-3 mərtəbəli yeni evlər tikilsin. Bu halda sökülmüş evlərin sahibləri elə həmin yeni evlərdə də yaşaya bilər.

Ən vacibi odur ki, bu ərazidə yollar, kommunikasiya xəttələri və kommunal sistemlər yenilənməlidir. Həmçinin oradakı əsas problemlərindən biri də evlərin damlarının "sovetdənqalma" qır örtükləridir, restavrasiyada bu problem həll oluna bilər.

Adı çəkilən məkan restavrasiya olunsa bundan həm paytaxt Bakı, həm də "Sovetski" sakinləri qazanar:


  • Şəhərimiz 100 ildən çox yaşı olan bir ərazisini qoruyacaq və bura turistlər üçün maraqlı bir məkan olacaq.
  • Əraziyə uyğunlaşmış sakinlər mənəvi sarsıntıya məruz qalmayacaqlar.
  • Restavrasiyadan sonra ərazidə daşınmaz əmlakın qiyməti də əhəmiyyətli dərəcədə artacaq. Bu da uzun müddətdir kiçik evini satıb şəhərin nisbətən kənarında daha böyük mənzil almaq istəyənlərin arzularını reallaşdıra bilər.
  • Şəhərin mərkəzinə çox yaxın olması buranın kirayə üçün də daha baha qiymətə geniş istifadə edilməsinə imkan yarada bilər...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaz, polemikaya qoşul.
XS
SM
MD
LG