Keçid linkləri

Təcili xəbərlər

WhatsApp Android üçün yeniləndi


WhatsApp
WhatsApp
-
Android istifadəçiləri üçün WhatsApp yeniləndi. Tətbiqin 2.11.186 versiyasına gözlənilən funksiyalar əlavə olunub.

Yeni versiyada istəmədiyiniz adamlar sizin profil şəklinizi, son görünmə zamanınızı, statusunuzu görə bilmir. Belə ki, tətbiqin ayarlar (settings) sahəsindən hesab bölümünə daxil olmaqla gizliliyi (privacy) tənzimləmək olar. Profil şəklinizi, statusunuzu, son görünmə anınızı ya hər kəs görə bilir, ya təkcə telefon kitabçanızdakı şəxslər, ya da heç kim görə bilmir. Bundan əlavə, yeni versiyada istifadəçilər söhbət keçmişini və uzun videoları da bir-birlərinə göndərə bilərlər.

Android istifadəçiləri digər dəyişiklikləri tətbiqi Google Play Store-dan yeniləməklə öyrənə bilərlər.
XS
SM
MD
LG