Keçid linkləri

Təcili xəbərlər

Hollandiya səfirliyi İlham Əliyevi Facebooka "gətirir"


Niderland Krallığının Azərbaycdakı səfirliyinin FB səhifəsi
Niderland Krallığının Azərbaycdakı səfirliyinin FB səhifəsi
Yeni texnologiya bir sıra ənənəvi peşə və sənətləri tarixin arxivinə yazır. Deyəsən növbə Azərbaycan prezidentinin şəxsi fotoqrafına gəlib çatıb.

Hər halda Naxçıvanda səfərdə olan İlham Əliyevin mediada yayılan fotolarından ən azından birinin müəllifi prezident fotoqrafı deyil. Prezidentin xarici ölkə səfirləri ilə çəkdirdiyi həmin fotoşəkil sosial mediada geniş rezonansa səbəb olub.

Aprelin 8-də Niderlandın Azərbaycandakı səfirliyinin FB səhifəsində yayılan fotonun “selfie” (avtoportret) olduğu bildirlir.

Bir neçə saat ərzində fotoya yüzlərlə şərh yazılıb. Bu məlumatı sayta hazırladığımız məqamda onu 139 istifadəçi paylaşmışdı. Niderland səfirliyinin saytı olduğundan şərhləri senzura edən yoxdur, odur ki, şərhlərdə ənənəvi tərif sözləri ilə yanaşı istehza və tənqidlər də var.
XS
SM
MD
LG