Keçid linkləri

Təcili xəbərlər

İndi Ukraynada baş verənlər 1993-cü ildə Azərbaycandakı hadisələrə bənzəyir...


Ukraynanın şərqində Slavyansk şəhər meriyasının binasını ələ keçirən silahlı separatçılar. Binanın çölündə Rusiya yönümlü qüvvələr toplaşıblar. 14 aprel 2014
Ukraynanın şərqində Slavyansk şəhər meriyasının binasını ələ keçirən silahlı separatçılar. Binanın çölündə Rusiya yönümlü qüvvələr toplaşıblar. 14 aprel 2014
.
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00
Direct-ə keçid

Ukraynada gərginlik və konflikt özünün pik həddinə çatdı. Bundan sonra onun həlli baş verməlidir. Amma bu, necə olacaq və kimin xeyrinə yönələcək, bunu artıq yalnız ən cəsarətli futuroloqlar təxmin edə bilərlər.

Bu prosesdə diqqəti çəkən əsas detallar hansıdır? Onlar bir deyil, iki deyil, çoxdur. Amma əsas iki detal var ki, onları xüsusilə qeyd etməyə dəyər.

TƏXRİBAT, YOXSA SƏRİŞTƏSİZLİK?

Elə ilk baxışda adamı təəccübləndirən və bir az da şübhələndirən yerli icra hakimiyyətlərinin binalarının separatçılar tərəfindən belə asanlıqla və heç bir müqavimətlə qarşılaşmadan ələ keçirilməsidir. Bir neçə min adam heç bir müqavimət görmədən asanlıqla yerli hakimiyyət binalarını ələ keçirir.
Sağlam federalizm qorxulu deyil. Həm ukraynalıların özləri, həm də Rusiya mediası bunu elə qələmə verir ki, sanki qarşıdan böyük bir təhlükə gəlir. Halbuki Avropa dövlətlərinin əksəriyyəti federativdir. Amma şərqi Ukraynada aksiya keçirənlər sadəcə olaraq bu ərazilərin Rusiyaya birləşdirilməsini istəyirlər.


Bunlar elə də kütləvi etiraz dalğası təəssüratı yaratmır. Hətta adama elə gəlir ki, bu, insanlar Rusiyanın təhlükəsizlik strukturları tərəfindən istiqamətləndirilirlər.

Məsələn, Donetsk böyük vilayətdir. Bunun milisi, təhlükəsizlik strukturları, orada dislokasiya olunan ordu var. Hanı onlar? Niyə bu adamlar baş verənlərə görə məsuliyyət daşımırlar?

Meydan hərəkatının liderlərinin ən böyük səhvi onda idi ki, gərək onlar ölkənin şərq regionunda təxribatların baş verə bilməsini proqnozlaşdıraydılar. Oradakı rəhbərliyi dəyişəydilər. Onlar bunu etmədilər.

Bu, çox həssas region idi və əvvəlki hakimiyətin-V.Yanukovych hakimiyyətinin əsas özəyini təşkil edirdi.

Ona görə də bu ərazidə baş verənlərin bir təxribat olduğunu tamam istisna etmək olmur. Bunu ona görə inamla deyirik ki, inqilab müdafiə olunmağı da bacarmalıdır.

İNDİKİ UKRAYNA İLƏ 1993-CÜ İLİN AZƏRBAYCANI ARASINDA BƏNZƏRLİK

Belə hal vaxtilə Azərbaycanda da yaşanmışdı. 1992-ci ildə hakimiyyətə gələn qüvvələr birinci şəxsləri dəyişsələr də əsas məmur korpusuna toxunmadılar.

Həmin “toxunulmaz” məmur korpusu sabotajla, təxribatla məşğul idi. Onlar yuxarı instansiyaların göstərişlərini qulaqardına vurur, insanlarda narazılıq yaradır, hakimiyyəti iflic edirdilər.

Bunun nəticəsi də 1993-cü ildə özünü təzahür etdirdi - kiçik bir hərbi dəstə heç bir müqavimətlə qarşılaşmadan yerli hakimiyyətləri biri-birinin ardınca ələ keçirdi.

İndi Ukraynada da oxşar hadisələrin baş verdiyini istisna etmirik. Belə asanlıqla hakimiyyət vermirlər. Belə asanlıqla yalnız təxribat törətmək və son nəticədə işi gətirib vətəndaş müharibəsinə çıxarmaq olar...

FEDERALLAŞMA TƏHLÜKƏLİDİRMİ?

Sağlam federalizm heç də qorxulu deyil. Amma Ukraynada proseslər başlayandan həm ukraynalıların özləri, həm də Rusiya mediası bunu elə qələmə verir ki, sanki qarşıdan böyük bir təhlükə gəlir.

Avropa dövlətlərinin əksəriyyəti federativ dövlətdir. Onların əksəriyyətində iki palatalı parlament fəaliyyət göstərir. Rusiyanın özü də federativ dövlətdir. Əgər federativ dövlətlər və elə Rusiyanın özü parçalanmırsa niyə Rusiyada belə hesab edirlər ki, federallaşma Ukraynanın sonu olacaq?

Müasir Avropanın yerli idarəçilik təcrübəsi və fəlsəfəsi subsidarlıq prinsipinə söykənir. Bunun mahiyyəti odur ki, yerlərdə həll oluna bilən bütün məsələlər yerli hakimiyyətlərin sərəncamına verilir. Bu, Avropanın “Yerli özünüidarəetmə xartiyasında”, Avropa Birliyinin əsas prinsiplərində əks olunub.
Ukraynada etiraz edən bir neçə min adamı gah federalizm tərəfdarı, gah da separatçı kimi təqdim edirlər.Amma bu adamlar daha çox separatçıdır. Bu adamlar yalnız “Rusiya!” qışqırırlar.


Problem nədədir?

Ukrayna liderləri federallaşmadan ehtiyat edirlər. Bəlkə də konfederasiya Ukrayna üçün həqiqətən də təhlükəli olardı. Ona görə ki, yerli hakimiyyətlərin hələ böyük dövlətçilik təcrübəsi yoxdur. Amma bunu federalizm haqqında demək olmur. Bəli, dünyanın ən qüdrətli dövləti olan ABŞ da federativ dövlətdir...

İkincisi və ən əsası budur ki, şərqi Ukraynada etiraz edən bir neçə min adamı gah federalizm tərəfdarı, gah da separatçı kimi təqdim edirlər. Amma bu adamlar daha çox separatçıdır. Bunu onların qışqırdığı şüarlardan, müsahibələrindən sezmək olar.

Bu adamlar yalnız “Rusiya!” qışqırır. Dərhal nəzərə çarpır ki, bu adamların federalizm haqqında heç təsəvvürləri də yoxdur, onlar şərqi Ukraynanı Rusiyaya birləşdirməyi düşünürlər...

Halbuki bölgənin Rusiyaya birləşəcəyi təqdirdə də federasiya subyekti olacaqlar. Bunu elə Ukraynanın tərkibində qalmaqla, Ukrayna tərkibində federasiya subyekti olmaqla əldə etmək olmazdımı?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma qeyd edib,
polemikaya qoula bilərsən.

Ən son yazılan

XS
SM
MD
LG