Keçid linkləri

-

Bəli, aprelin 16-da Dnestryanı Respublika da sükutu pozdu. On illərlə münaqişə ocağı olmuş bu ərazi Rusiya prezidentinə, ATƏT-ə və BMT-yə müraciət etdi.

İndi maraqlı siyasi dairələr bundan sonra baş verəcək hadisələri proqnozlaşdırmağa çalışırlar. Rusiya nə cavab verəcək? O digər mübahisəli ərazilər kimi bu diyarı da öz tərkibinə qatacaqmı?

Bu xüsusda konkret söz demək hələ tezdir. Amma yaxın vaxtlarda Rusiyanın bu çağırışa cavabı bilinəcək. Moldova mənbələri Dnestryanı Respublikaya mülki geyimdə 700-dən çox Rusiya hərbçisinin gəldiyini deyir.

Böyük siyasi güclər bu hadisədə Rusiyanın Dunay çayına çıxmaq arzusunu görürlər. Ona görə hamı bu fikirdədir ki, bu bölgədə də proseslər Rusiya tərəfindən idarə olunur.

DƏRSLƏR, DƏRSLƏR...

Bəlkə də bu son dövrdə cərəyan edən hadisələrin birinci dərsidir. Rusiya bu vaxta qədər bu münaqişələri idarə etdiyini inkar edir, hətta vasitəçiliyə can atırdı və buna nail də olurdu. Amma hadisələr nəyi sübut etdi? Məlum oldu ki, Rusiya özü bu münaqişələrdə maraqlı tərəf, hətta onun iştirakçısıdır.

Daha örtülü heç nə qalmayıb. Fikir verin, Gürcüstanda iki münaqişə ocağı özünü de-fakto və de-yure müstəqil elan edib. Ukraynada separatçılar Krımı Rusiyaya birləşdirdilər. Moldovada da proses bu istiqamətdə gedir...
İkinci nəticə budur ki, Rusiya bu etnik münaqişələri qeyri-separatçı hərəkat kimi qələmə verməyə çalışırdı. Amma indi bəlli oldu ki, Ukraynada, Moldovada, Gürcüstanda etiraz edən kiçik etnik qruplar sırf separatçıdırlar, onlar yerləşdikləri ölkələrdə muxtariyyət istəsəydilər bu münaqişələr çoxdan həllini tapardı. Ona görə ki, sadalanan ölkələr, o cümlədən də Azərbaycan çoxdan bu münaqişə tərəflərinə ən yüksək statusu vermək istəyirdi. Amma onlar bununla razılaşmırdılar...

Daha örtülü heç nə qalmayıb. Fikir verin, Gürcüstanda iki münaqişə ocağı özünü de-fakto və de-yure müstəqil elan edib. Ukraynada separatçılar Krımı Rusiyaya birləşdirdilər. Moldovada da proses bu istiqamətdə gedir...

İndi o şey baş verir ki, adi insanlar və siyasətçilər on illərlə bunu deyirdilər, amma onların sözü eşidilmirdi...

TƏKCƏ DAĞLIQ QARABAĞ QALIB...

Keçmiş SSRİ ərazisində donmuş, əvvəlki vəziyyətdə bir münaqişə ocağı qalıb - bu da Dağlıq Qarabağdır. Onun donmuş vəziyyətdə qalmasının bir neçə səbəbi var.

Birinci səbəb odur ki, rəsmi Bakı Moskva ilə çox ehtiyatlı siyasət yürüdür – öz imkanları ilə Dağlıq Qarabağdakı status-kvonu dəyişməyə cəhd etmir, daim Avropadan və NATO-dan məsafə saxlayır.

İkinci səbəb budur ki, Rusiyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi və yaxud müstəqil subyekt kimi görmək fikri yoxdur. O elə bu ərazini də potensial olaraq öz subyekti kimi görmək istəyir. Amma bunu etməyə ürək etmir, çünki Ermənistanı itirə bilər.

İndi Dağlıq Qarabağ həm Ermənistan, həm də Azərbaycan üçün «şirnikləndirici alma» rolunu oynayır, onların hər ikisi düşünür ki, Rusiya Dağlıq Qarabağı nə vaxtsa ona hədiyyə edəcək. Rusiyanı isə belə vəziyyət qane edir - nə Azərbaycan, nə də Ermənistan Rusiyanın onlar üçün cızdığı xətdən kənara çıxmağa cəsarət etmir.

İndi Dağlıq Qarabağ həm Ermənistan, həm də Azərbaycan üçün «şirnikləndirici alma» rolunu oynayır, onların hər ikisi düşünür ki, Rusiya Dağlıq Qarabağı nə vaxtsa ona hədiyyə edəcək.
Bəli, Ermənistan çoxdan Dağlıq Qarabağı «müstəqil respublika» kimi tanıyardı, amma bunun Rusiyadan icazəsini ala bilməyib. Maraqlıdır ki, indi bəzi beynəlxalq siyasi dairələrdə Krım hadisəsindən sonra Dağlıq Qarabağ problemini daha yaxşı anlamağa başlayıblar. Hətta belə fikrilər səslənir ki, bu münaqişəni imkan daxilində tez həll etmək lazımdır. Amma bu mümkündürmü?

Çətin sualdır. Qarabağ düyünü indiki vəziyyətdə yalnız güc yolu ilə, hərb yolu ilə açıla bilər. Amma ABŞ da başda olmaqla Qərb ölkələri, məsələn, Krıma görə Rusiya ilə hərbi konfrontasiyaya getmədilər. Çox güman ki, Dnestryanı hadisəyə görə də bu ölkə ilə hərbi qarşıdurmaya getməyəcəklər, bunu indiki ehtiyatlı bəyanatlardan duymaq mümkündür. Ona görə də yaxın dövr üçün ümidverici şey söyləmək çox çətindir.

KRAL LÜTDÜR!...

Rusiya indi Ukraynanın şərqində vəziyyəti gərginləşdirməklə Krımı arxa plana keçirmək istəyir. Amma o, bu prosesdə sırf «katalizator» kimi qala biləcəkmi? İnanmaq çətindir, necə deyərlər, kral artıq lütdür...

Bəlkə də vəziyyətin belə olması daha məqbuldur. Ona görə ki, nəhayət, kimin kim olduğu bilindi. Halbuki cəmi beş-altı ay bundan irəli çox adam Rusiyanın yenidən təcavüzə əl atacağını güman etmirdi. Amma bu, baş verdi və məlum oldu ki, Rusiya elə həmin Rusiyadır - o, əsgərlərinin çəkməsi dəymiş bütün əraziləri özününkü hesab edir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG