-
Yuxumda dinozavr gördüm. Elə yuxuda da özümə söz verdim ki, bu dinozavrın bütün sür-sümüyünü yadımda saxlayım ki, zoologiyada yeni səhifə açım. Çox qədimdən yeni səhifə açmağa nə var, axı – nə şahid qalıb, nə dinozavr!.. Amma az qala bu gün baş verənlər büsbütün unudulur – acılar şirin, şirinlər də... şipşirin görünür... Sovet hakimiyyəti kimi!..
Özümü məcbur edib yuxuda dinozavrı deyil, sovet dövrünü gördüm və eşitdiyim sözləri yaddaşıma köçürdüm.
SƏHƏR SAAT 6-DA SÜD NÖVBƏSİ
Taxmadiş qoca fəhlə: – Doğma sovet hökumətim belə istəməsə də, səhər saat 6-da süd növbəsinə yazılır, saat 8-də işə gedirdim. Sovxoz çəlləyindən mənə süd çatanda, evimizdə bayram olurdu...
O fəhlənin arvadı: – Məni də nənəm göndərirdi o süddən almağa. Günorta dükanlara şüşə qablarda da süd gətirilirdi, amma nənəm o südü istəmirdi. Deyirdi, ona su qatırlar, yağını çıxarırlar, nə bilim nə...
SOVET DÖVRÜNÜN ORTA MAAŞI
Sovet dövrünün müəllimi: – Əksər adamın maaşı ayda 100-150, ən çoxu – 200 manat idi. Bu pula bazara getmək olardı? Orda hər şey od tutub yanırdı...
O vaxtın məktəb direktoru: – Baxır dövrünə və adamına. 80-ci illərin ortalarında orta maaş 200 manat idi. Bu, real pullar idi. O vaxt SSRİ-də milyarderlər yox idi. İndi deyirlər orta maaş 400 manatdan çoxdur. Amma o pulu nə müəllim alır, nə məktəb direktoru, nə də həkim...
SOVET DÖVRÜNDƏ ƏT VƏ BALIQ SÖHBƏTİ
Sovet dövründə felyeton yazan veteran-jurnalist: SSRİ-də ABŞ-dan 2 dəfə az ət istehsal olunurdu. Bu ətin də çox az hissəsi dükana verilirdi. Hamısı gedirdi ictimai-iaşə müəssisələrinə – yeməkxanalara. Ordakı yeməyi də yemək olmurdu. Nə elə ucuz idi, nə də keyfiyyətli...
Sovet dövründə balıq mağazasının müdiri: – Əvəzində balıq tapılırdı ki... ABŞ-dan 5 dəfə çox balıq tuturduq, ay insafsız!..
HƏM DƏ KOLBASA-KONFET SÖHBƏTİ
Yenə həmin veteran-jurnalist: – Düzdür, hamısı okean balığıydı, üstəlik də donmuş. Lazımi ərzağı almaqdan ötrü saatlarla növbəyə durmaq lazım gəlirdi – həm də hər gün. İmkanı olanlar Moskvaya, Leniqrada gedir, çay-ət-yağ-kolbasa, hətta konfet tədarük edirdilər...
TALON VƏ ƏRZAQ PAKETİ
Sovet dövründə kökələn və indi arıqlamaq istəyən qadın: – Hələ talonları demirəm. Ətə, yağa, qəndə talon verilən günləri yaşamışıq. Bəzi – hörmətli iş yerlərində çalışanlara “ərzaq paketi” də verilirdi. İçində balıq konservi, yarım kq kərə yağ, bir kq qarabaşaq, yarımqol kolbasa olurdu. Eh, gidi günlər!..
FİN SERVELATI
Tarixdə ilk pepsi içən sovet azərbaycanlısı: – Moskvada olimpiya oyunları keçirilərkən – 1980-ci ildə mən pepsi-kola içmişdim. Olimpiadadan sonra xoşbəxtlik fontan vurdu: hərdən-birdən də olsa, fin servelatı satmağa başladılar... Adam haradasa növbə görəndə sevincindən atılıb-düşürdü. Demək, nəsə satırdılar!..
BƏS İNDİKİ DURUM HAQQINDA NƏ DEYƏRDİLƏR?
Yerimdən dik atıldım... İndi yatmağa qorxuram. Milisə görə yox, qorxuram birdən yuxuma indiki dövr girə və adamlar nəinki ağıllarına, hətta ağızlarına gələni də danışalar... Danışırlar-danışsınlar da. Soruşuram: işdir, yuxuma girsəniz, indiki durum haqqında nə deyərdiniz?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.