Keçid linkləri

Təcili xəbərlər

Facebookda Ukraynaya qarşı informasiya "xoruzu"


Fotosu saxta FB səhifəsində istifadə olunan diş həkimi Ruslan Semenovun şəkli Stamotoloji klinikanın veb saytında
Fotosu saxta FB səhifəsində istifadə olunan diş həkimi Ruslan Semenovun şəkli Stamotoloji klinikanın veb saytında

Odessa faciəsində miləltçilərin vəhşiliklərindən yazan "Odessa həkiminin" arxasından Rusiyanın Karavayevo-Çerkesk respublikasında çalışan stamotoloq çıxdı

Ukraynadkı gərginliklə birgə Rusiyanın bü ölkəyə qarşı apardığı informasiya müharibəsi də şiddətlənir.

Mayın 2-də Odessada faciə ilə nəticələnən toqquşmadan sonra Rusiya mediası “Kiyevdəki faşist rejiminə” qarşı hücumlar üçün yeni nəfəs aldı. Lakin müasir informasiya müharibəsi TV kanlallar, radio və qəzetlərlə məhdudlaşmır, artıq sosial media da böyük əhəmiyyət kəsb etməyə başlayıb.

Hadisədən dərhal sonra Facebookda İgor Rozovsky adlı “Odessa həkimi” peyda olaraq müxtəlif dillərdə 2 may hadisələri haqda şərhlər yazanda heç də hamı kortəbii şəkildə onun yazdıqlarını “like” etmədi. FB-da fəal olanlar yəqin yaxşı bilir ki, bu sosial şəbəkədə saxta profilləri real adamların səhifəsindən ayırmaq elə də çətin deyil. Odur ki, FB-da ağı-qaradan ayırmağı bacaran istifadəçilər İgor Rozovsky-nin ən adi informasiya silahı olduğunu dərhal müəyyən etdilər.

Bu silahı işlədən qüvvələr 1 güllə ilə 2 dovşan vurmaq istəyirdilər, həm Kiyevdə faşistdən də pis olan qüvvələrin hakimiyyətə gəldiyi haqda fikri aşılamaq, həm də bu hakimiyyətin yəhudilərə düşmən olduğunu göstərməyə çalışmaq. Axı Odessada böyük yəhudi icması var.

Hadisənin ciddiliyini nəzərə alaraq gəlin əvvəlcə baxaq ki, “həkim nə yazır”

“Millət, mən 15 ildir Odessa təcili yardımında həkim işləyirəm, dünən Odessada faciə baş verdi. Adamlar bir-birini öldürdülər. Çox qəddarlıqla, diri-diri yandırdılar. Ona görə yox ki, sərxoş idilər, ona görə yox ki, nənələrindən miras qalan vərəsəni bölüşə bilmirdilər. Ona görə ki, bu adamlar millətçilərin siyasi baxışlarını bölüşmürdülər. Əvvəlcə qəddarlıqla döyüb, sonra da yandırırdılar. Həkim kimi mən hadisə yerinə tələsib hələ yaralı olanları xilas etməyə calışdım, lakin silahlılar məni ora buraxmadılar. Onlardan biri məni kobud şəkildə itələyib dedi ki, tezliklə Odessanın yəhudilərini də bu günə salacaqlar.

Mən orada bir yaralı gənc gördüm. Onu xəstəxanaya çatdırsaydım, xilas etmək olardı. Lakim mənim onları dilə tutmaq cəhdim sifətimə vurulan zərbə və eynəyimin itməsi ilə nəticələndi.

15 ildə çox şey görmüşdüm. Lakin dünən ağlayırdım, döyüldüyümə və alçaldığıma görə yox, özümün gücsüzlüyünə görə. Elə bir hadisə baş vermişdi ki, mənim şəhərim bunu heç faşist işğalı zamanı görməmişdi.

Sual edirəm, bütün dünya niyə susur?”


Onun rus dilindəki postunu 5000-ə yaxın FB isitfadəçisi paylaşsa da, “dünyanın” susması 24 saatdan artıq çəkmədi.

Dərhal məlum oldu ki, Odessa təcili yardımında bu adda həkim işləmir. Tezliklə isə üzə çıxdı ki, saxta FB hesabındakı profil şəkli Şimali Qafqazda stamotoloji klinikanın səhifəsindən götürülüb və Semenov Ruslan adlı diş həkiminin fotosudur.

Ukrayna rəsmiləri elan edirlər ki, növbəti “informasiya xoruzunun” arxasında Rusiyanın xüsusi xidmət orqanları durur.

Elədirsə, onlar qismən öz mqəsədlərinə çatıblar.

Mayın 3-də və 4-də Ukraynanın şərq bölgələrində “Odessanın qisası”nı almaq çağılırşları səslənirdi. Mariupolda isə Ukrayna prezidentinə namizəd Poroshenkonun seçki qərargahı qarət olunmuş, divarda isə “Odessanı unutmayacağıq” sözləri yazılmışdı.
XS
SM
MD
LG