Keçid linkləri

Təcili xəbərlər

Ukrayna: sonu görünməyən yolda...


-

KREML «İNTİHAR» EDƏCƏKMİ?

Nə güc strukturlarının təzyiqi, nə də Rusiya prezidenti V. Putin-in referendumu təxirə salmaq haqda xahişi Ukraynanın şərq bölgələrindəki etirazçıları fikirlərindən döndərə bildi - referendumlar keçirildi, hökumət qüvvələri ilə toqquşmalar davam etdi.

Amma Krımdan fərqli olaraq Rusiyanın cavab reaksiyası olmadı. İndi nə qədər desələr ki, Rusiya vəziyyəti öyrənməklə məşğuldur, əslində belə deyil, Rusiyanın cavab reaksiyası böyük ehtimalla olmayacaq - ölkə Ukraynanın şərq bölgələrini özünə birləşdirməyəcək.

Hər halda, normal məntiq buna ümid etməyə əsas verir. Rusiyanın elektron informasiya vasitələrindən fərqli olaraq mətbuatında bu vaxt ərzində tənqid və təftiş xarakterli yazılar da oldu. Bu yazılarda Ukraynanın şərq bölgələrinə göz dikməyi nə az, nə çox, siyasi intihar adlandırdılar...


LİBERAL DÜŞÜNCƏ VAR, AMMA...

İndi bir sual əvvəllər olduğu kimi yenə də aktual olaraq qalır: bundan sonra nə olacaq?
​Bu yazılar həm də bir qənaətə gəlməyə əsas verdi - zəif də olsa Rusiyada liberal fikir var. Onlar ölkələrinin Ukraynada xuntanın hakimiyyətdə olması haqqındakı hay-küyünə gülür, Rusiyadakı federalizmə lağ edir, ölkəni axıra qədər düşünülməmiş addımlardan çəkindirməyə çalışırlar... Düzdür, həmin bu fikirlərdə tam liberal olmaq baxımından axsamalar da var. Amma nə etmək olar? Bu dünyada ideal heç nə yoxdur...

Təqdirəlayiq haldır ki, kiçik istisnaları çıxmaq şərtilə digər ölkələrin də həmin referendumlara münasibəti gözlənilən kimi sakit və hətta bir qədər etinasız oldu - onları nə müşahidə edən oldu, nə şərh edən, nə də tanıyan...

İndi bir sual əvvəllər olduğu kimi yenə də aktual olaraq qalır: bundan sonra nə olacaq?

PROQNOZ VERMƏK ÇƏTİN OLSA DA...


Demək olduqca çətindir. Son proseslər göstərdi ki, şərq bölgələrində həqiqətən müqavimət var: bu müqavimət necə təşkil olunub, insanlar silah-sursatı, texnikanı haradan götürüblər, bu, bir başqa sualdır və həm də cavabı aydın olan suladır - etirazlarda rusiyalı hərbi təlimatçıların iştirak etməsi haqda xəbərlər və dəlillər əvvəllər də olmuşdu, indi də var...

Böyük ehtimalla bu bölgələrdə Ukraynanın öz nəzarətini bərpa etməsi çətin olacaq, təbii ki, NATO qüvvələri buna qarışmazsa. Amma NATO-nun bunlara qarışması ehtimalı olduqca azdır.

Çox güman ki, vəziyyət Moldovada, Gürcüstanda və Azərbaycanda olduğu kimi olacaq, daha bir neçə tanınmamış «respublika» peyda olacaq. Dünyanın aparıcı ölkələri bu prosesdən düzgün nəticə çıxarsalar nə vaxtsa vəziyyətin düzələcəyinə ümid etmək olar... Əgər çıxarmasalar onda vəziyyət ağır olacaq.

Düzgün nəticə nəyə deyirik? Söhbət bu proseslərdə Rusiyanın iştirakının yetərincə qiymətləndirilməsindən gedir. Əsas təzyiq hədəfi əslində Rusiyanın özü olmalıdır.
Çox güman ki, vəziyyət Moldovada, Gürcüstanda və Azərbaycanda olduğu kimi olacaq, daha bir neçə tanınmamış «respublika» peyda olacaq.


Düzdür, indi elə belə də edilir. Amma təzyiqlər daha çox bəzi rəsmi şəxslərin sərbəst yerdəyişmə hüququnun məhdudlaşdırılmasından ibarətdir. Bunları indi kafi hesab etmək olmaz. Daha ciddi sanksiyalar olmalı idi.

YOL VAR, AMMA ÇIXIŞ GÖRÜNMÜR...

Hər halda, bu böhran zolağından bir çıxış olmalıdır. İndi Qərbin Ukraynaya ilk maliyyə yardımına start verilir. Bunu da qiymətləndirmək olar. Ukraynanın şərqində olmasa da digər hissələrində bu proses müəyyən qədər tənzimləyici rol oyanaya bilər.

Təbii ki, situasiyanı normallaşdırmaq üçün Ukrayna da müəyyən addımlar atmalıdır - federalizm elə də təhlükəli deyil. Amma problem başqa məsələdədir. Şərqdə etirazçılar açıq şəkildə bildirirlər ki, onların məqsədi Rusiya ilə birləşməkdir. Amma Rusiya mənbələri bu adamları təkidlə federalistlər adlandırır. Halbuki, bir daha deyirik ki, bu adamlar federalizmdən uzaqdırlar, onlar öz niyyətlərini gizlətmirlər də. Bir telesüjet heç yaddan çıxmaz. Şərqi Ukraynadan olan bir etirazçı inandırmaq istəyirdi ki, qərb və şərq bölgələrinin adamları tamamilə fərqli, müxtəlif adamlardır... Amma çox təqdirə layiqdir ki, Ukraynanın pravoslav kilsəsi də indiki hakimiyyətin tərəfini tutdu, şərqdəki etirazçıları dəstəkləmədi...

Deməli, məsələ tək qərb və ya şərq oriyentasiyalı, katolik və ya pravoslav olmaqda deyil, bir ölkənin içindəki fikir ayrılıqlarını həmin ölkənin içində qalmaqla da, eyni ölkənin vətəndaşları olmaqla da həll etmək mümkündür, əsas odur ki, belə istək olsun...
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG