Keçid linkləri

Təcili xəbərlər

Facebook-da sevgiliniz olub-olmadığını soruşanlar artacaq


Facebook
Facebook
-
Facebook-da hazırda istifadədə “soruş” xüsusiyyəti var. Bu özəlliklə istifadəçilər əgər dostlarının profil məlumatlarında əksiklik varsa, həmin bilgini istəyə bilərlər. Məsələn, istifadəçilər dostlarının yaşadığı şəhəri, telefon nömrəsini və s. soruşa bilərlər.

Ancaq facebook bu işi bir az da irəli apararaq istifadəçilərin özəl həyatına da yönəltdi. Belə ki, istifadəçilər artıq dostlarının şəxsi münasibət durumunu da soruşa bilərlər. Bunun üçün “soruş” bölməsinə tıklamak yetərlidir. Yeni özəlliyin qısa müddətdə bütün profillərdə görünəcəyi gözlənilir.

Qısacası, facebook dostlarınızın arasında sevgiliniz olub-olmadığını soruşanların sayı artsa, təəccüblənməyin.
XS
SM
MD
LG