Keçid linkləri

Təcili xəbərlər

Apple ilə WhatsApp qarşı-qarşıya


-
«Apple» şirkəti «WWDC 2014» texnologiya konfransının açılışında iOS8 əməliyyat sistemi ilə yanaşı, bir çox yeni xüsusiyyətlər nümayiş etdirib. Bu yeni xüsusiyyətlər Apple ilə WhatsApp-ı qarşı-qarşıya qoyub.

iOS8-ə inteqrasiya edilən yeni xüsusiyyətlərin arasında səsli və görüntülü mesaj göndərmə , qrup mesajlarına ad vermə, qrup mesajlarından gələn bildirişlərə maneə olma, iCloud Drive kimi xüsusiyyətlər var. Bu funksiyaların WhatsApp və Dropbox-da olan xüsusiyyətlərə bənzəməsi mübahisə yaradıb.

İlk reaksiya WhatsApp yaradıcısından gəldi

WhatsApp-ın yaradıcısı Jan Koum Apple-ın bu xüsusiyyətlərinə Twitter vasitəsilə maraqlı reaksiya verib. O, «Apple-ın WhatsApp-ın bəzi xüsusiyyətlərini «borc alıb» iMessage-a əlavə etməsi məni məmnun etdi» - deyə tweet yazıb. Jan Koum-un bu tweet-i # innovation açar sözü ilə yazmağı diqqət çəkib.
XS
SM
MD
LG