Keçid linkləri

Təcili xəbərlər

Apple-ın qurucularından Steve Wozniak «tetris» çempionu çıxdı


Steve Wozniak
Steve Wozniak
-

Apple-ın qurucularından Steve Wozniak-ın illər öncə «tetris» çempionu olduğu ortaya çıxıb.

«Gizmodo» yazır ki, Steve Wozniak «Nintendo Power» dərgisinin keçirdiyi yarışda tetris oyunu üzrə çempionluğu uzun müddət kimsəyə verməyib.

O, tetrisdəki rekordunu göstərən fotoları dərgiyə göndərərək, bir neçə dəfə siyahının ilk yerini tutub.

Dərginin redaktorları başqa oxucuların da qalib olması üçün Steve Wozniak-ın rekordunu daha qəbul etməyəcəklərini deyiblər. Ancaq bu qadağa da Wozniak-ı həvəsdən salmayıb.

Bu dəfə də ad soyadını tərsinə yazaraq, Evets Kainzow adlı saxta bir oyunçu yaradıb. O, yaşadığı şəhər məlumatını də dəyişərək, dərgiyə yenə rekord üçün baş vurub.

Beləliklə, Steve Wozniak saxta adla da çempionluğu qazanıb.
XS
SM
MD
LG