Keçid linkləri

Təcili xəbərlər

Google musiqi dinləməyi asanlaşdırır


Google
Google

-

Google mobil axtarış nəticələrini yeniləyib. Artıq Google-da axtardığınız musiqini bircə dəfə tıqlamaqla telefonunuzdakı proqramlar vasitəsilə dinləyə biləcəksiniz.

Google-un mobil axtarışda etdiyi yenilik musiqiləri asanlıqla tapıb dinləməyinizə yardım edəcək. Bu barədə Google-un Axtarış Məhsul Müdiri Jason Douglas öz bloqunda yazır. Artıq bir musiqiçini axtardıqda qarşınıza telefonunuzdakı uyğun proqramlarla dinləyə biləcəyiniz bir siyahı gələcək. Bu mahnılardan hər hansı birinə tıqlayıb uyğun proqramı seçməklə dinləyə bilərsiniz.

Bu yenilikdən hələlik təkcə ABŞ-da android platformalı cihazlarda istifadə etmək mümkün olacaq. TuneIn, Spotify, Rdio, iHeartRadio, YouTube ve Google Play Music kimi musiqi proqramlarını dəstəkləyir.

XS
SM
MD
LG