Keçid linkləri

Təcili xəbərlər

Əgər iradə varsa...


İlham Əliyev
İlham Əliyev

-

Gözlə

No media source currently available

0:00 0:03:41 0:00
Direct-ə keçid

BEYNƏLXALQ TƏŞKİLATLAR VƏ MÜXALİFƏT YADDAN ÇIXMADI...

Desək ki, diplomatik korpusun Bakıda keçirilən beşinci toplantısından böyük gözləntilərimiz vardı, bu, bir qədər qeyri-səmimilik olardı. Etiraf edirik ki, daha çox isterik tonlu bəyanatlar gözləyirdik.

...ötən dəfəki toplantı ilə müqayisədə bəyanatların «sirkəsi» bir qədər az idi

Gümanımız da bizi aldatmadı, qismən də olsa, doğru çıxdı. Düzdür, ötən dəfəki toplantı ilə müqayisədə bəyanatların «sirkəsi» bir qədər az idi, gəl, bu toplantıda da beynəlxalq təşkilatların, hüquq müdafiə təşkilatlarının ünvanına bir xeyli irad səsləndi.

Ötən dəfə İlham Əliyev daha sərt çıxış etmişdi. Hələ də onun bir bəyanatı qulaqlarımızda səslənir. O vaxt prezident demişdi ki, olmasın bu beynəlxalq təşkilatlar, məgər onlarsız Azərbaycan yaşamayacaqmı!?

Bu dəfə də birinci olaraq yada düşən məhz həmin təşkilatlar oldu. İndi də bir qədər mülayim tərzdə onlara əhəmiyyət verməmək tövsiyə olundu. Deyildi ki, bəyanat vermək, tənqid etmək onların fəaliyyət tərzidir.

Müstəqilliyin tərənnümü, Azərbaycanın necə müstəqil dövlət olmasının tərifi də yaddan çıxmadı. Prezident bir qədər reallığı təhrif edərək dedi ki, hələ bu vaxtadək ikitərəfli görüşlərdə ona hər hansı bir irad bildirilməyib.

Prezident bir qədər reallığı təhrif edərək dedi ki, hələ bu vaxtadək ikitərəfli görüşlərdə ona hər hansı bir irad bildirilməyib

Təbii ki, bu, adi siyasi şişirtmədir. Ən azı onun özünün əvvəlki etirafları bunu təkzib edir. Bu vaxtadək ölkədə demokratiyanın və insan haqlarının vəziyyəti ilə bağlı çox iradlar olub, bu və ya başqa siyasi məhbusun azad edilməsi tələb və ya xahiş olunub.

DİPLOMATİYA, DEYƏSƏN XARİCİ SİYASƏTDİR AXI...

Hamı prezidentin çıxışandan gündəmi məşğul edən əsas məsələlərə aydınlıq gətirilməsini gözləyirdi. Bu, birinci növbədə Avropa Birliyi ilə əməkdaşlığın perspektivi, Avrasiya İqtisadi Birliyinə münasibət, Ukraynada və keçmiş SSRİ ərazisində cərəyan edən hadisələrə reaksiya idi.

Avropa ilə bağlı proseslər yarımçıq qalıb. Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Azərbaycanı bir neçə dəfə açıq mətnlə assosiasiya sazişi imzalamağa çağırdı. Amma buna reaksiya olmadı.

Avrasiya İqtisadi Birliyi ilə bağlı çox narahatlıqlar yaşanır. Hamı bu xüsusda rəsmi açıqlama gözləyir. Elə Ukrayna hadisələri də az önəm kəsb etmir. Bu yaxınlarda ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən toplantısında Rusiya əleyhinə qətnamə qəbul edilmədi idi. Azərbaycan düşünülmüş şəkildə bu prosesi onun əsas hədəfindən yayındırdı.

...dünyadakı prosesləri izləyən siyasətçi müxalifətdən, beynəlxalq və yerli təşkilatlardan danışanda da ehtiyatlı olmalı, diplomatik çərçivələri gözləməli idi

Diplomatik korpusun toplantısında da Ukrayna yada düşmədi. Kimsə deyə bilər ki, bu, diplomatiya tonunda olan məsələdir, hər şeyi açıq demək olmur.

Amma dünyadakı prosesləri izləyən siyasətçi müxalifətdən, beynəlxalq və yerli təşkilatlardan danışanda da ehtiyatlı olmalı, diplomatik çərçivələri gözləməli idi. Nədənsə bu mövzuda danışanda diplomatiya prezidenti bir o qədər də narahat etmir.

İlham Əliyev siyasi iradədən danışmağı sevir. Amma siyasi iradə bəzi hallarda vəziyyətə adekvat çıxışlar etməyi, qətiyyət göstərməyi tələb edir. Onun siyasətində isə bu, yoxdur. Hamı ilə dost olmaq, hamının maraqlarını təmin etmək – onun aparmaq istədiyi siyasət budur. Amma hamı üçün, həmişə yaxşı olmağı hətta Allah da bacarmır.

Ən əsası odur ki, prezidentin mərhəmətindən nədənsə öz cəmiyyətinə, yerli təşkilatlara və müxalifətə pay düşmür. Sanki o, hamı ilə ona görə dost olmaq istəyir ki, ölkənin daxilində özünü kral kimi apara bilsin...

BƏLKƏ ELƏ DOĞRUDAN DA BELƏDİR?

...hamının maraqlarını təmin etmək – onun aparmaq istədiyi siyasət budur, amma hamı üçün, həmişə yaxşı olmağı hətta Allah da bacarmır

Doğrusu, müstəqilliklə bağlı tərifləri də başa düşməyə cəhd edirik. Bu ölkədə hamının, xüsusən də dövlət rəsmilərinin çıxışlarında müstəqilliklə bağlı, Azərbaycanın necə qüdrətli dövlət olması haqda elə bəlağətli sözlərə təsadüf edirsən ki, bircə anlığa donub qalırsan: əcəba, bəlkə elə doğrudan da belədir?

Amma elə dərhal da yadına bir detal, bəli, məşhur «On iki stul»dan maraqlı bir epizod düşür - adi əyalət qəsəbəsi olan Vasyukinin dünyanın şahmat mərkəzinə çevrilməsi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG