Keçid linkləri

Təcili xəbərlər

Android-də silinən faylları geri qaytarmaq olar


«Dumpster» proqram əlavəsi
«Dumpster» proqram əlavəsi

-

Android istifadəçiləri telefonda yalnışlıqla sildikləri şəkilləri və ya digər faylları bərpa edə bilərlər.

«Dumpster» proqram əlavəsi bu işi gerçəkləşdirir. Windows əməliyyat sistemində olduğu kimi (Recycle bin), Android platformasında da, hər hansı faylı sildikdə «Dumpster» qovluğuna gedir. Əgər hər hansı faylı yalnışlıqla silmisinizsə, asanlıqla geri qaytara bilərsiniz.

Proqram əlavəsi ilə fotoları, videoları, səsləri, sənədləri, və digər faylları bərpa etmək mümkündür. Üstəlik, Dumpster faylları avtomatik olaraq da silmir. İstifadəçi özü müdaxilə edənə qədər fayllar qovluqda saxlanır. Proqram əlavəsinin pulsuz versiyasında reklamlar görünür. Reklamsız versiya üçün üç dollar ödəmək lazımdır.

LİNK BURADA

XS
SM
MD
LG