-
Hər kəs iPhone 6-dan sapfir ekranı gözləyir. Lakin Çinin Huawei şirkəti bu işdə ilk addımı atıb.
Huawei-in direktoru sapfir ekranlı ilk telefonların şəkillərini paylaşıb. Çinin Twitter-i kimi tanınan yüz milyonlarla istifadəçisi olan Wiebo sosial şəbəkəsində hesabından şəkilləri paylaşan Huawei direktoru telefonun Berlində 5-10 sentyabr tarixlərində keçiriləcək İFA 2014 texnologiya sərgisində mətbuata təqdim olunacağını bildirib.
Huawei-nin Ascend P7 modeli üzərində yenilənən sapfir ekranlı P7-nin də, eyni xüsusiyyətlərə sahib olacağı gözlənilir. Yəni, model 2 GB RAM, 13 MP əsas kamera, 8 MP ön kameraya malik olacaq.
Görəsən, sapfir ekranlar mövzusunda ilk olmağı xəyal edən Apple şirkəti bu həmləyə hansı cavabı verəcək?
Qeyd edək ki, sapfirdən hazırlanan ekranı hətta bıçaqla da deşmək mümkün deyil.