Keçid linkləri

Təcili xəbərlər

«Facebook Messenger» kamerayla sizi izləyir?


Arxiv foto

-

Bir müddətdir Facebook Messenger-in telefon kamerasıyla istifadəçiləri gizlincə izlədiyi iddiası gəzir. Bu şayiələr o həddə çatmışdı ki, Facebook-u təqsirləndirən məqalələr yazılmağa başlamışdı.

Facebook tətbiqi müdafiə etmək üçün açıqlama verməyə məcbur olub. Sosial şəbəkə Messenger-in istifadəçilərdən izn almadan hər hansı addımı atmadığını bildirib.

Facebook Messenger işçilərindən Peter Martinazzi özünün bloq yazısında tətbiqin dostunuza selfie göndərmək istədiyinizdə belə, sizdən icazə aldığını, proqram açıq olmadığı halda, kameranın qətiyyən istifadə olunmadığını bildirib.

XS
SM
MD
LG