-
İntel-in San Fransiskoda illik inkişaf konfransında göstərdiyi notebook qapağının üzərində ikinci bir ekranı ilə diqqəti çəkib.
İç tərəfində normal bir ekrana sahib olan notebook-un qapağında boz çalarlı e-link ekranı yer alır. Bu ekran qapağı bağladığınızda elektron kitab oxumağınıza, şəkillərə, mətnlərə və ya xəbərlərə nəzər salmağınıza imkan yaradır.
İntel şirkətinin araşdırmaçısı Taylor Courier bu ikinci ekranda əvvəlcə harddiskdəki faylları göstərməyi düşündüklərini bildirib. Ancaq ekran daha sonra başqa əməliyyatları da gerçəkləşdirə biləcək. Araşdırmaçı bildirib ki, bu tipli ekran web kameradan gələn görüntüləri də birbaşa göstərə bilər.
Windows yuxu rejimində (connected standby) olsa belə, e-ink ekran internetdən hava məlumatı, xəbərlər və başqa məlumatları görüntüləyə bilir.
Xatırladaq ki, iki ekranlı notebook-lar tarixdə ilk dəfə istehsal olunmur. Toshibo şirkəti 2010-cu ildə, Asus şirkəti isə 2012-ci ildə belə modellər təqdim etsə də, o qədər də uğur qazana bilməyib.
İntel bu texnologiyanı gələn il PC-lərə təqdim edəcəyini bildirir.