Keçid linkləri

Təcili xəbərlər

Aldanmış... avropalılar


BMT-dən karikatura.
BMT-dən karikatura.

-

Gözlə

No media source currently available

0:00 0:04:13 0:00
Direct-ə keçid

BÜTÜN AVROPA ÜÇÜN DƏRS...

Nə qədər qəribə olsa da ölkə siyasətinin ən gərgin durumu Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövrə təsadüf etdi. İlk baxışda düşünmək olardı ki, qitənin əsas demokratiya institutlarından birinin fəaliyyətini koordinasiya edən ölkə öz daxili siyasətində diqqətli olacaq...

Amma hər şey tərsinə oldu. İndi Azərbaycan dövlətinin QHT-lərlə bağlı “qətiyyəti” bu prosesləri səthi şəkildə izləyən adamlara da aydındır: hökumət QHT-lərin yeganə maliyyə mənbəyi kimi ölkənin öz daxili maliyyə resurslarını görür...

Bu isə keçən əsrin sonlarından başlayan böyük bir prosesin sonu deməkdir. Söhbət yerli qeyri-hökumət təşkilatlarının beynəlxalq şəbəkəyə inteqrasiyasından gedir. Bu, elə də asan olmamışdı. Çox adam düşünür ki, beynəlxalq institutlardan qrant almaqdan asan iş yoxdur. Amma heç də belə deyil, bəlkə də tərsinədir. İnsanlar illərlə demək olar ki, hər ay bu və ya başqa bir quruma layihələr təqdim edirdilər. Bəzən bu proses bir neçə il çəkirdi...

NƏLƏRİ VARDI VƏ NƏLƏRİ İTİRDİLƏR?

İndi QHT-lər nəyi itirmək təhlükəsi qarşısındadırlar? Onların itirəcəyi birinci şey maliyyə müstəqilliyidir. İkincisi isə maliyyə mənbəyidir.

QHT-lərin spektri çox genişdir. Amma bizi daha çox hüquq müdafiəsi ilə məşğul olan təşkilatlar maraqlandırır. İnsan hüquqları ilə bağlı problemlər isə dövlət-vətəndaş müstəvisində baş verir. QHT-lərin bir qismi bu prosesdə vətəndaşın yanında olurdular. İnanmaq çətindir ki, dövlət bu prosesdə ona opponentlik edən təşkilatları maliyyələşdirmiş olsun...

Hökumət QHT-lərin yeganə maliyyə mənbəyi kimi ölkənin öz daxili maliyyə resurslarını görür... Bu isə keçən əsrin sonlarından başlayan böyük bir prosesin - yerli qeyri-hökumət təşkilatlarının beynəlxalq şəbəkəyə inteqrasiyasının sonu deməkdir.

Daha bir qəribə cəhət budur ki, Azərbaycan bu ilin sonuna qədər Avropa Birliyilə modernləşmə planı imzalamalıdır. Bu plan müəyyən qədər siyasi və struktur islahatlarını nəzərdə tutur. Buradan hansı nəticə alınır? Azərbaycan bu prosesə hansı demokratiya potensialı ilə gedir?

Etiraf edirik ki, bu suallara cavab verməkdə acizik. Məsələ bundadır ki, müstəqillik əldə edəndən bu günə qədər Azərbaycandakı siyasi sistem hələ bu qədər avtoritar olmamışdı. Əvvəlki dövrlərdə demokratiya sarıdan öyünüləsi şey çox olmasa da hər halda indiki qədər də deyildi, formal olsa da nəsə vardı. Hətta deyərdik ki, qrantlarla bağlı qəbul edilmiş birinci qanun, kütləvi informasiya vasitələr haqqında ilk qanunlar çox demokratik idi.

“VARLI ÖLKƏ” SİNDROMU VƏ İNSAN HAQLARI...

Hökumət rəsmilərinin dediyi budur ki, indi ölkənin kifayət qədər maliyyə resursu var. Ona görə də xarici institutlara ehtiyac yoxdur. Amma belə məntiq insan haqları uğrundakı mübarizənin fəlsəfəsini və təcrübəsini nəzərə almır.

Bir vaxt qəbul olunmuşdu ki, insan haqları heç bir dövlətin daxili işi deyil. Elə o səbəbdən də bu məsələ ilə bağlı informasiyaları bölüşmək və paylaşmaq olar.

Azərbaycan da Avropa Şurasına üzv olarkən, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını qəbul edərkən bu fəlsəfəni və praktikanı qəbul etdiyini nümayiş etdirmişdi. Amma indi nə baş verir?

İnsan haqları sahəsində böyük təcrübəyə malik hüquq müdafiəçisi və Avropa İnsan Haqları Məhkəməsilə ən çox əməkdaşlıq edən vəkil indi istintaq altındadır.

Dövlət özü hüquq müdafiəşilərini yetişdirəcəkmi? Məmurlar bu fikrə düşsələr buna da təəccüblənmərik. Ən azı ona görə ki, tutaq ki, korrupsiya ilə mübarizə icraedici hakimiyyətin özünə həvalə edlilib.

Təbii ki, istintaqın gedişinə müdaxilə etməkdən uzağıq, istintaqın yekununda hər şey aydınlaşacaq- hökumətin də, müttəhimlərin də dəlilləri aydın olacaq. İndidən deyə bilmərik ki, məhkəmə bu məsələlərlə bağlı hansı qərarı qəbul edəcək.

Amma artıq proseslərin gedişindən insanlar müəyyən qənaətlər əldə edirlər.

Bu qənaətlər bu dəfə də olacaq. Bəlkə də biz son dövrlərin ən gurultulu və həm də maraqlı məhkəmə proseslərindən birinin şahidi olacağıq.

HÜQUQ MÜDAFİƏSİ KEÇMİŞDƏ QALDIMI?

Amma ən çox narahatlıq doğuran bütövlükdə hüquq müdafiə prosesinin perspektividir. İllər ərzində bu sahədə müəyyən biliklər və təcrübə qazanmış insanlar yetişmişdi. Bu, asan başa gəlməmişdi. İnsanlar bu xüsusda seminarlara dəvət olunur və onlara insan haqlarının nəzəriyyəsi və praktikası ilə bağlı mühazirələr oxunurdu. Bu yolla ictimai fəallar yetişdirilirdi.

Bəs bundan sonra nə olacaq? Dövlət özü hüquq müdafiəçilərini yetişdirəcəkmi? Məmurlar bu fikrə düşsələr buna da təəccüblənmərik. Ən azı ona görə ki, tutaq ki, korrupsiya ilə mübarizə icraedici hakimiyyətin özünə həvalə edlilib.

Burada “I” əməliyyatı” filmindən bir cümlə yada düşür. Orada müttəhim kürsüsündə əyləşənlərdən biri hakimləri görən kimi “Yaşasın bizim məhkəmələr - dünyanın ən humanist məhkəmələri!” - deyə qışqırır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG