Keçid linkləri

Təcili xəbərlər

Arif Hacılı Müsavatı «silkələyə» biləcəkmi?


Müsavat partiyasının qurultayından sonra partiyanın liuderləri birlik nümayiş etdirirlər. 27 sentyabr 2014
Müsavat partiyasının qurultayından sonra partiyanın liuderləri birlik nümayiş etdirirlər. 27 sentyabr 2014

-

Gözlə

No media source currently available

0:00 0:04:43 0:00
Direct-ə keçid

DAHİLƏR YOXDUR, YOXSA...

Azərbaycan çox təzadlı ölkədir. Əvvəlcə bəlkə də ondan başlamaq daha düzgün olardı ki, Bakı boyda şəhərdə, nəyin də olmasa da, böyük sarayların bol olduğu bir yerdə Müsavat partiyasına qurultay keçirmək üçün yer tapılmadı- bir il ərzində dəfələrlə müraciət edilməsinə baxmayaraq yerli hakimiyyət bunun üçün münasib bir yer “tapa” bilmədi...

Amma fərq etmir, böyük təntənə və tərtibatla olmasa da, hər halda, partiya öz qurultayını keçirə bildi.

Üstəlik, hakimiyyətə yaxın mətbuatda verilən proqnozlar da düz çıxmadı- İsa Qəmbər partiya rəhbəri postundan istefa verdi.

Düzdür, düşünmürük ki, Arif Hcılının partiyaya başqan seçilməsi onun fəaliyətində çox ciddi dəyişikliklərə səbəb olacaq. Ən azı indiki məqamda, sərt avtroritar siyasi sistem şəraitində bunu etmək olduqca çətindir...

Bəzən insanlarda, xüsusən də gənclər arasında belə fikrə təsadüf edilir ki, bütün bu uğursuzluqların səbəbi ondadır ki, milli Marx-lar, milli Engels-lər və yaxud milli Lenin-lər yoxdur. Amma səbəb budurdmu?

Yox, əvvəla, nə Marx, nə də Engels öz dövründə kapitalizmin praktiki cəhətdən süqutunu təmin edə bilmədilər.

Lenin-ə gəldikdə isə o da Oktyabr İnqilabı ərəfəsində verdiyi müsahibəsində sosializmin uzaq gələcəyin işi olduğunu və bəlkə də onun və dostlarının o günü heç görməyəcəyini demişdi...

Bunları niyə görə deyirik? Tarixdə şəxsiyyətlərin rolu şübhəsiz ki, böyükdür, amma həlledici deyil – hər hansı proses üçün tarixi şərait, zəmin yetişməyəndə hətta dahilər belə aciz qalır...

HAMI BƏDBİNLƏŞSƏ BELƏ...

Ən azı öz tariximiz belə misallarla zəngindir. İndi şəxsiyyətlərindən qürur duyduğumuz birinci Respublika xadimləri də sovet istilasının və Respublikanın süqutunun qarşısını ala bilmədilər. Amma biz M.Ə.Rəsulzadəyə ona gərə bu qədər önəm veririk ki, o, ən ümidsiz vəziyyətlərdə belə ruhdan düşməzdi, öz mübarizəsini davam etdirərdi...

Uğursuzluqlar müxalifət partiyalarında bir növ “profilaktika” işi apardı. Partiyalara, müxalifətə karyera üçün gələnlər elə ilk uğursuzluqlardan sonra onun sıralarını tərk etdilər, partiyada ən ideyalılar qaldı.

Maraqlısı budur ki, adını çəkdiyimiz qurultayda da nəzərə çarpan bir cəhət vardısa, bu da ruh düşkünlüyünün olmaması idi. Yox, ruh düşkünlüyü yox idi.
Bunu hətta seyrək müşahidələrdən də sezmək mümkün idi...

Uğursuzluqlar müxalifət partiyalarında bir növ “profilaktika” işi apardı. Partiyalara, müxalifətə karyera üçün gələnlər elə ilk uğursuzluqlardan sonra onun sıralarını tərk etdilər, partiyada ən ideyalılar qaldı.

Təbii ki, bununla biz heç də partiya sıralarından müvəqqəti olaraq uzaqlaşmış və yaxud da əvvəlki dövrlərlə müqayisədə siyasi fəaliyyətini nisbətən azaltmış adamların hamısını qınamaq fikrində deyilik.

İnsanlar harada daha effektiv fəaliyyət göstərəcəklərini düşünürlərsə, ora da üz tuturlar.

Bəlkə bu detal da diqqətəlaiyiqdir ki, müxtəlif səbəblər üzündən son vaxtlar Müsavatdan uzaq düşmüş insanların demək olar ki, heç biri hakimiyyət partiyalarına qoşulmadı.

MÜSAVAT SİLKƏLƏNƏCƏKMİ?

Gələk qurultayın üstünə. Bir detalı qeyd etməyə məcburuq ki, partiya öz tədbirini təəssübkeşlər üçün o qədər də maraqlı edə bilmədi. Bunu niyə görə deyirik?

Lap əvvəldən Arif Hacılının partiyaya başqan seçiləcəyi ehtimal elirdi və bunu əsas gətirənlər irəlicədən qurultayın sıradan bir tədbir olacağını deyirdilər. Belə qənaətlərin yaranmasının əsas səbəbi o idi ki, İsa Qəmbər özü Arif Hacılının namizədliyini dəstəkləyirdi. Bu baxımdan “İsa Qəmbər necə istəyəcəksə elə də olacaq” – deyənlər müəyyən mənada haqlı çıxdılar...

Təbii ki, Arif Hacılı bugünün-dünənin adamı deyil, milli azadlıq hərəkatının ilk illərindən seçilən və sayılan liderlərdən biridir. Amma onun siyasi taktikası və strategeiyası bəllidir.

Elə iqtisadçılar var ki, hakimiyyət onların dediklərinə heç məhəl də qoymur, amma elə həmin hakimiyyət Qubad İbadoğlunun bir tənqidini belə cavabsız buraxmırdu...


Bu mənada Müsavat partiyasının fəaliyyətində yenilik kimi qiymətləndirilə biləcək ciddi dəyişiklik sözsüz ki, olmayacaq. Bunun ən əsas səbəbini bir qədər əvvəldə dedik. Amma heç də bütün məsələlər obyektiv səbəblərdən asılı olmur, tarix şəxsiyyətlərə də yer ayırır, onlara da kiçik də olsa, şans verir...

Partiyada bir sıra insanlar (onların arasında rəhbər orqanlarda təmsil olunanlar da vardı) düşünürdü ki, iqtisadçı Qubad İbadoğlu başqan seçilsəydi daha maraqlı proseslər baş verə bilərdi. Onlar bunu onunla əsaslandırmağa çalışırdılar ki, Qubad İbadoğlu iqtisadçıdır və onun özünün iqtisadçılardan ibarət böyük dairəsi var.

Onların fikrincə, Müsavat partiyasına bu vaxta qədər imic yaradan və onu cəmiyyət üçün daha maraqlı edən insanlardan biri də Qubad İbadoğlu olub -məsələ bundadır ki, elə iqtisadçılar var ki, hakimiyyət onların dediklərinə heç məhəl də qoymur, amma elə həmin hakimiyyət Qubad İbadoğlunun bir tənqidini belə cavabsız buraxmırdu...

Təbii ki, indi artıq səhifə çevrilib. Qurultay bitib, başqan da seçilb. Bundan sonra deyilənlər bir o qədər də aktual görünmür. Amma bu, nə birinci qurultay idi, nə də ki, sonuncu...

Sonda bir detalı da qeyd etmək istərdik. Qurultay ərəfəsində tanınmış müsavatçılardan birinə rast gəldik. O dedi ki, elə bir adama səs verəcək ki, bir qədər partiyanı “silkələyə” bilsin. Maraqlıdır, görən, Arif Hacılı Müsavatı “silkələyə” biləcəkmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG