-
iPhone və ya iPad-da iOS 8-ə keçmisniniz, ancaq peşmansınız? Elə isə bu xəbər sizi bir az da təəssüfləndirəcək.
Apple iOS 7-yə dəstəyi rəsmi olaraq dayandırıb. iOS 8-ə keçidi sürətləndirmək istəyən şirkət beləcə istifadəçiləri iOS 7 ilə vidalaşmağa məcbur edir. Ancaq Apple-ın bütün köhnə modelləri iOS 8-lə yaxşı işləmədiyi üçün bu addım eyni zamanda istifadəçiləri yeni Apple cihazlarını almağa təşviq edir.
Köhnə modellərin çoxu iOS 8-ə keçsə də, yeni əməliyyat sistemi onlar üçün ağır gəlir və cihaz yavaş işləyir. Yaddaş iOS 8 üçün yetərli olmadığından istifadəçiləri fayllarını saxlayacaq yer tapmaqda çətinlik çəkirlər.
iOS 8-ə keçib peşman olanlar artıq iOS 7-yə də qayıda bilməyəcəklər.