Keçid linkləri

Nobel mükafatı mavi işıq diodlarını-LED-i yaradanlara verildi


Soldan sağa : Isamu Akasaki, Hiroshi Amano, Shuji Nakamura

Soldan sağa : Isamu Akasaki, Hiroshi Amano, Shuji Nakamura

-

2014-cü il fizika üzrə Nobel mükafatı 3 yaponiyalı alimə verildi. İsamu Akasaki, Hiroshi Amano və Shuji Nakamura bu mükafata az enerjili, effektiv mavi işıq diodları – LED sahəsində gördükləri işlərə görə layiq görülüblər.

Nakamura Yaponiyada doğulsa da hazırda ABŞ vətəndaşıdır və Kaliforniya universitetində çalışır.

Qərarda deyilir ki, bu alimlər parlaq və enerjiyə qənaət edən ağ işıq mənbəyi olan mavi diodları ixtira ediblər.

Nobel Komitəsinin qərarında bildirilir ki, bu alimlərin işləri sayəsində yüksək səmərəli ağ işıq mənbələri ümumi istifadəyə verildi, gündəlik cihazlarda, məsələn, smartfonlarda bunlardan istifadə olunur.

Nobel Komitəsi qeyd edir ki, qırmızı və yaşıl işıq diodları on illərlə istifadədə idi, mavi LED isə bu sahədə inqilab etdi.

On illərlə alimlər kifayət qədər effektiv və ucuz olan mavi diodları yarada bilmirdilər. 1993-cü ildə Nakamura müvafiq cihaz ixtira etdi , bundan sonra isə ağ işığın güclü mənbələrini yaratmaq mümkün oldu.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG