Keçid linkləri

Tərəddüd edən Türkiyə...


Suriyanın Kobani şəhərində İslam Dövləti yaraqlıları ilə kürd qüvvələr arasında döyüşlərə görə Türkiyə öz tanklarını sərhədə yığıb. 6 oktyabr 2014

-

HAMININ ARQUMENTİ VAR, AMMA...

Lap yaxın keçmişdə diktatorları devirməyin prinsip məsələsi olduğunu hesab edən Qərb siyasətçiləri indi bir qədər tərəddüd edirlər - məlum olur ki, dünyada diktaturalardan da ağır və mürəkkəb vəziyyətlərə təsadüf edilir...

Nə qədər təəccüblü və qəribə olsa da, Türkiyə və onun ətrafında baş verən proseslərə diqqət yetirəndə adamın ağlına gələn ilk fikir bu olur.

Yox, elə də birmənalı başa düşməyin. Türkiyədə heç bir diktatura yoxdur və heç kim də onu devirməyə hazırlaşmır. Söhbət Tükiyənin sərhədlərində olan Suriyadan və İslam Dövləti yaraqlılarından gedir...

Vəziyyət həqiqətən də mürəkkəbdir. Bu gün bəlkə də ən çox siyasi məsləhətləşmə ABŞ və Türkiyə arasında gedir. Amma təəssüf ki, hökumətlər öz siyasətlərini razılaşdıra bilmirlər. Səbəb çoxdur...

Türkiyə prezidenti bu siyasi vəziyyətdə hansı məqsədi güdür, ABŞ niyə əvvəlki dövrlərdən fəqrli olaraq bir qədər çətin duruma düşüb? Bu suallara bir cavabla sovuşmaq mümkün deyil, gərək, çalışaq ki, məsələni, necə deyərlər, “xırdalayaq”...

Türkiyə prezidenti nə istəyir və nə deyir? Onun dediyi budur ki, avia-hücumlarla bu problemi həll etmək mümkün olmayacaq, quru qoşunlarını işə salmaq, mütləq əsgəri müdaxiləni təmin etmək lazımdır. Hazırda Türkiyə öz qoşunlarını sərhədə toplayıb, amma onlara irəli getmək əmri verilmir...

Türkiyə gözləyir ki, əsgəri müdaxiləni digər koalisiya üzvləri də qəbul etsin və bu prosesdə iştirak etsin. Amma koalisiya buna “hə” demir...

Digər anlaşılmazlıq nöqtəsi də Suriya ilə bağlıdır. Türkiyə Suriya prezidentinin devrilməsini zəruri hesab edir və bunun üçün bu ölkənin mötədil müxalifətini silahlandırmağı və təlimləndirməyi təklif edir...

Amma Qərb birmənalı şəkildə bəyan edir ki, onun Suriya müxalifəti içində müttəfiqi yoxdur...

Belə bir ehtimal da var ki, Türkiyə əsgəri müdaxiləni yubatmaqla kürdlərin zəifləməsini istəyir. Bunu da istisna etmək olmaz...

PARLAMENTDƏN PUL VƏ ƏSGƏR QOPARMAQ ELƏ DƏ ASAN DEYİL...

Bəs, Qərbin tərəddüdünün səbəbi nədir? Məsələ bundadır ki, Qərb özünün İraq kampaniyasını çox da uzaq olmayan keçmişdə başa vurub. İndi parlamenti, seçiciləri bir daha ora qayıtmağın, özü də elə belə qayıtmağın yox, vuruşmağın vacib olduğuna inandırmaq lazımdır.

Qərb özünün İraq kampaniyasını yenicə başa vurub. İndi parlamenti, seçiciləri bir daha ora qayıtmağın, özü də vuruşmağın vacib olduğuna inandırmaq lazımdır. Amma bu, o qədər asan məsələ deyil, Qərbdə pulu göyə sovurmurlar və insanları ciddi əsas olmadan ölümə göndərmirlər.

Amma bu, bir o qədər asan məsələ deyil, Qərbdə pulu göyə sovurmurlar və insanları ciddi əsas olmadan ölümə göndərmirlər. Ona görə də vəziyyət çətindir.

Qərbdə həm də istəyirlər ki, əsgəri qüvvə məsələsini qoy Türkiyə öz üzərinə götürsün...

Türkiyə isə ən azı buna tələsmir. Müharibə Türkiyə üçün irəlicədən deyilməsi çətin olan problemlər yarada bilər. Ölkə bir neçə ildir ki, stabillik içindədir.

Di gəl, Türkiyənin müharibəyə başlayacağı təqdirdə onun içində etirazlar artmayacaqmı? Təminat varmı ki, Türkiyənin əsgəri müdaxiləyə müraciət edəcəyi təqdirdə onun öz içindəki dini radikallar baş qaldırmayacaq? Hətta bu amili istisna etsək belə, müharibə çox az halda siyasətçilərə müsbət dividend gətirir, o, daha çox narazılıq yaradır...

Bu gün Türkiyə kürdləri prezidentdən Suriyadakı soydaşlarına qahmar çıxmağı tələb edirlər. İndi etiraz edən də onlardır. Amma təminat varmı ki, sabah ölkəyə ilk tabutlar daxil olanda digər vətəndaşlar da etiraza qalxmayacaqlar?..

QƏRB BƏZİ SİSTEMLƏRƏ QARŞI NİYƏ LOYALLAŞIB?

Qərbi də başa düşmək mümkündür. Onlar Əfqanıstandan və İraqdan sonra bir daha özləri üçün Şərqi kəşf etdilər.

İnsanlara filan yerdə diktatura var, hücum edib, insanları azad etməliyik - demək, ən yaxşı halda Servantesin məşhur qəhrəmanını yada sala bilər. Otra statistik vətəndaşın məntiqi də ortabab olur - onlar da deyirlər ki, axı bizim orada nə işimiz var?

Yadımıza gəlir ki, bu kampaniyaların ərəfəsində Qərb politoloqları indi az qala şüar kimi səslənən bir fikri bir neçə dəfə ucadan səsləndirdilər, mətbuatda yazdılar - deyirdilər ki, diktatura hələ bəzi ölkələrdə ən qorxulu şey deyil, bundan da qorxulu nələrsə var...

Təbii ki, bu, bəraət deyil. Amma dünya siyasətində iki qütb var; idealizm və bir də realizm. Sonuncuya hətta realpolitiks də deyirlər. Siyasətçilər heç vaxt idealist olmur, onlar daim realizmi nəzərə almağa çılışırlar...

Bu gün insanlara demək ki, filan yerdə diktatura var, biz ora hücum etməli və insanları azad etməliyik, ən yaxşı halda Migel Servantesin məşhur qəhrəmanını yada sala bilər. Ona görə ki, otra statistik vətəndaşın məntiqi də ortabab olur - onlar da deyirlər ki, bizim orada axı nə işimiz var?..

Məsələnin bu aspekti bəzi yeni siyasi sistemlərə Qərbin loyal münasibətinə də işıq salır. Bu gün Yaxın və Orta Şərqdə gördükləriniz müəyyən mənada bu vaxta qədər öz çevrəmizdə gördüklərimizə güzgü tutur - nahaq yerə deməyiblər ki, dünya gör-götür dünyasıdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG