Keçid linkləri

Təcili xəbərlər

7 milyon «Dropbox» şifrəsi oğurlanıb


«Dropbox»
«Dropbox»

-

Dünyanın ən böyük bulud saxlama xidmətlərindən olan «Dropbox»un 7 milyon istifadəçi hesabı ələ keçirilib.

Bu barədə «The Next Web» beynəlxalq texnologiya, biznes və mədəniyyət xəbərləri portalı yazır.

Daha əvvəl «iCloud»a hücum edən hakerlər bir çox məşhurun fotolarını oğurlamışdılar. «Snapchat» da hak edilmiş və 200 mindən çox foto ələ keçirilmişdi

Hakerlərin son hədəfi onlayn fayl saxlama xidməti «Dropbox» olub. «The Next Web»in hesabatına görə, 7 milyon «Dropbox» şifrəsi hakerlər tərəfindən oğurlanıb.

«Dropbox» şirkəti isə olaydan sonra açıqlama verib. Şirkət verilənlər bazasının hak edilmədiyini və istifadəçilər «Dropbox»a başqa servislərdən daxil olan zaman hesabların oğurlanmış ola biləcəyini deyib.

«Dropbox» istifadəçilərdən ən qısa zamanda şifrələrini dəyişdirmələrini və daha mürəkkəb şifrələrdən istifadə etmələrini istəyib.

XS
SM
MD
LG