Keçid linkləri

-

Skype şirkəti mobil video mesaj proqramı Skype QİK-i yenidən istifadəyə verib. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilir.

Bu ilin avqustunda proqramın fəaliyyəti bir müddətlik dayandırılmışdı. Proqram yenilənərək istifadəçilərə təqdim edilib.

Skype QİK video mesaj proqramı (app) asanlıqla hər anını çəkməyə, təbəssümünü paylaşmağa və bir qrup dostunla söhbət etməyə imkan verir. Eyni zamanda proqramdan istifadə edərkən Skype-a da bağlı qala bilirsiniz.

Dostlarınla nahar edirsən? İşdə darıxırsan? Parkda uzun bir gün yaşayırsan? Elə indi birbaşa telefonundan paylaş. Qısa videonun necə böyük bir söhbətə çevrilməyi səni təəccübləndirəcək.

Hər video iki həftə saxlanılır .Əgər səhvən istəmədiyiniz bir video yükləmisinizsə, narahat olmayın. Çatdan göndərdiyiniz istənilən videonu izlənib izlənməməyindən asılı olmayaraq, silə bilərsiniz. Əgər kimdənsə mesaj almaq istəmirsinizsə, həmin adamı blok edə bilərsiniz. Bu imkan Android cihazlarda və Windows Phone-da mümkündür. Gələcək aylarda iPhone-larda da bu imkan olacaq.

Əgər hər hansı mesajı cavablamaq istəyirsinizsə, ancaq öz videonuzu çəkməyə vaxtınız yoxdursa, Qik Flik funksiyasından yararlana bilərsiz. Bu funksiyayla bir toxunuşla 5 saniyəlik GİF formatına bənzər öz videonuzu göndərə bilərsiniz. Qik Flik-dən Android və iPhone istifadəçiləri yararlana bilər. Gələcək aylarda bu funksiya Windows Phone üçün də aktiv olacaq.

Proqramı Apple App Store, Google Play Store və Windows Phone Store-dan yükləmək olar.

XS
SM
MD
LG