Keçid linkləri

Təcili xəbərlər

İrana da həsəd aparan jurnalistlər - bu ölkənin 16 telekanalı varmış...


İranda telekanalın studiyası.
İranda telekanalın studiyası.

-

Gözlə

No media source currently available

0:00 0:03:59 0:00
Direct-ə keçid

AZƏRBAYCANIN PEYKİ DƏ VAR, AMMA...

Azərbaycanda çoxları bəlkdə də heç vaxt inanmaz, ağıllarına da gəlməzdi ki, nə vaxtsa Azərbaycanda İrana da həsəd aparacaqlar. Doğrusu, bunu heç vaxt zənn etməmişdik. Amma bu yaxınlarda Bakıda səfərdə olan bir iranlı məmurun dedikləri həqiqətən də düşündürücüdür.

Məmur dedi ki, İranda düz 160 televiziya və radio var. Bütün bunları isə 29 rabitə peyki əhatə edir...

Dərhal yada salmağa çalışdıq ki, görən, Azərbaycanda neçə televiziya var?

Hər halda, bunu bir daha sadalamağa dəyməz, çünki nəinki 160, hətta heç 60 da deyil...

İRANDA ABŞ PREZİDENTİNİ İSTƏNİLƏN QƏDƏR TƏNQİD ETMƏK OLAR...

Amma bu o demek deyil ki, İranda söz və ifadə azadlığı aşıb-daşır. Yox, belə deyil. İran da çox sərt avtoritar bir ölkədir.

Amma İranda insanların heç olmasa əyləncə seçmək azadlığı var. Ona görə “əyləncə” deyirik ki, Azərbaycanın kasad telekanalları xörək bişirməkdən və əyləncədən başqa bir şey göstərmirlər. Elə İranda da çətin ki, insanları sözün həqiqi mənasında düşündürən və maraqlandıran verilişlər olsun.

İran televiziyası və radiosu haqqında düşünərkən bir əski lətifə yada düşür.

ABŞ və İran prezidentləri BMT-nin dəhlizində rastlaşırlar. ABŞ prezidenti deyir ki, bizdə demokratiya var, hər bir adam elə Ağ Evin qarşısında prezident haqqında istədiyini deyə bilər. İran prezidenti də qayıdır ki, nə olsun, bizdə də insanlar istədikləri yerdə və istədikləri qədər ABŞ prezidenti haqqında danışa bilərlər...

160 kanalda İran və onun siyasəti haqqında nələr deyildiyi məlum deyil, o bəllidir ki, bu kanallarda nəinki ABŞ, hətta qonşu Azərbaycan haqda istədiklərini deyirlər...

METRO STANSİYALARI DAHA TEZ-TEZ AÇILIR, NƏİNKİ...

Qayıdaq Azərbaycana. Bu vaxta qədər fikirlər səslənirdi ki, Azərbaycanın rabitə peyki orbitə çıxarılandan sonra tamaşaçıların və dinləyicilərin seçim imkanı bir az artacaq. Hökumət də elə bunu vəd edirdi.

Di gəl, hələ də telekanalların sayında hər hansı bir artım yoxdur. Belə məlum olur ki, Azərbaycanda hətta metro stansiyaları daha tez-tez açılır, nəinki telekanallar...

Düzdür, indiki siyasi reallıqlar içində hansısa telekanalın peyda olması Azərbaycanın əksər tənqidçilərin qiymətləndirməsinə görə maraqsız və bir az da “boz” həyatımıza elə bir rəng gətirməyəcək-sönük və moton verilişlərin sayı bir qədər də artacaq...

Amma bir qədər əvvəldə dedik ki, insanların heç olmasa, əyləncə seçimini artırmaq gərəkir. Məsələn, indi televiziyalar müxtəlif mədəniyyət verilişləri hazırlayırlar. Ortalıqda rəqabətin olmaması onların keyfiyyətinə birbaşa təsir edir...

Rəqabət olsaydı bəlkə mədəniyyət haqda verilişlərin keyfiyyəti artardı. Digər verilişlər haqqında isə heç arzulamağa da dəyməz. Burada yalnız rəsmi xronika var. Onu da elə cansıxıcı, monoton şəkildə hazırlayırlar ki, adam darxmaqdan lap çərləmək istəyir...

Üstəlik, telekanallar bir aktyorun teatrını xatırladır - şirkətlər çalşırlar ki, məhdud sayda aparıcıdan və jurnalistdən istifadə etsinlər... Nəticədə də bir aktyorun teatrı alınır...

BAŞQA CÜR DƏ OLA BİLƏRDİ...

Amma başqa cür də ola bilərdi. Dünyada media böyük bir imperiyadır. Bu elə bir dünyadır ki, o, hakimiyyətlərlə deyil, hakimiyyətlər onunla hesablaşır...
Belə yerdə jurnalist olmaq heç də ən uğursuz seçim deyil.

Amma bunlar sadəcə, ola bilərdi, di gəl, olmadı... Olmayan şeylərin xiffətini çəkməyə isə dəyməz...

İranda heç olmasa kinoda bir dirçəliş var. Düzdür, bu dirçəliş daha çox hakimiyyətin istəyinə rəğmən baş verir. Misal var deyirlər ki, qadağalı şey daha şirin olur...

Bir ara düşünürdük ki, insanlar azadlığı hissə-hissə əldə etdikcə o, daha dönməz olacaq. Amma bəzən belə təəssürat yaranır ki, bir gün hakimiyyət televiziyaları, radioları, qəzetləri və interneti qapatmaq fikrinə düşsə belə bu ölkədə heç nə baş verməz...

VARLILAR DA SABAH ÜÇÜN QORXUR?..

“İnternet” dediksə, gərək, bir məqamı da qeyd edək. Azərbaycanda İrandan fəqrli olaraq internet hələ azaddır. Amma hələ! Deyilənə, görə Milli Məclis internetlə bağlı da nəsə hazırlayır. Nə? Bilmirik. Deyilənə görə, hökumətin çox vacib informasiyası var, həmin məlumatların internetdə yayılmasından qorxurlar...

Nə demək olar? İnsanın nəyisə olanda qorxmağa, ehtiyat etməyə başlayır. Bunların isə çox şeyi var-başqalarının adına rəsmiləşdirilən böyük sərvətlər, xaricdə şirkətlər, villalar, qərəz, çox şey... Bu, bir növ gizli imperiyadır və hakimiyyət təmsilçiləri həmin imperiyanın kameralara tuş gəlməsindən yaman qorxurlar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG