Keçid linkləri

Təcili xəbərlər

Divarın o biri üzündə nə baş verirsə...


Prezidentin sərəncamı ilə əfv olunan şəxslərə azad edilmələri barədə sənəd təqdim edilir, Bakı, 17 oktyabr 2014
Prezidentin sərəncamı ilə əfv olunan şəxslərə azad edilmələri barədə sənəd təqdim edilir, Bakı, 17 oktyabr 2014

-

Gözlə

No media source currently available

0:00 0:04:12 0:00
Direct-ə keçid

DİVARIN O BİRİ TƏRƏFİNDƏ...

Daha bir əfv sərəncamı imzalandı. Amma onlarla siyasi məhbus bu sərəncamdan kənarda qaldı.

Halbuki ölkənin hüquq müdafiə təşkilatları, beynəlxalq institutlar onları da siyasi məhbus kimi tanımışdı.

Təbii ki, azadlığa çıxanlara görə yalnız sevinmək qalır. Amma ortalıqda kiçik bir nüans olmasaydı.

Məhkəmə proseslərində hamı özünün günahsız olduğunu sübut etməyə cəhd edir.

Bir çox hallarda bu, elə həqiqətən də belə olur - prosesdə qərəz o qədər aşkar olur ki, müttəhimlərə qarşı ən neqativ tonda köklənmiş insanlar belə bu proseslərin sifarişli olması ilə razılaşmalı olurlar...

Amma orada - məhbəsdə nə baş verirsə, bir neçə aydan sonra öz “günah”larını etiraf etməyə, “səhv etdiyini başa düşməyə” və əfv diləməyə başlayanlar çoxalır...

Bu müraciətlər israrlı olanda əfv də olur. Amma hətta təqiblərə məruz qalanlar belə bir detala fikir vermirlər ki, Azərbaycanda siyasi səbəblərdən təqib olunanları da adi cinayətkarların dəstəsinə qatır və onlarla birlikdə əfv edirlər.

Əslində bu, çox neqativ haldır. Amma nə edəsən ki, bu ölkədə heç kim bilavasitə siyasi maddələrə görə ittiham olunmur - bir də güşrürsən ki, bütün ölkənin tanıdığı bir adamı “xuliqanlıq” maddəsi ilə ittiham edirlər...

DƏYİŞƏN AKTYORLARDIR, SSENARİ ELƏ HƏMİN SSENARİDİR...

Əslində bu əfv serialları hələ 90-cı illərdən başlamışdı. Bütün digər siyasi proseslər kimi əfv seriallarının da ssenarisi o illərdən cızılmışdı. Bu dövrdə və bu minvalla bəlkə də yüzlərlə insan guya ki, bağışlanıb...

Bəlkə də Avropa Şurası və bütövlükdə Avropa üçün bu, böyük bir biabırçılıqdır - Şərqi Avropa ölkəsi kimi təsnif edilən bir yerdə hələ də siyasi məhbuslar var, hələ də insanları siyasi baxışlarına görə təqib edir, onları qondarma maddələrlə məhkum edirlər...

Ortada bəraət alanlar da olmuşdu. Amma bu, tam mənada bəraət olmurdu. Avropa İnsan Haqları Məhkəməsi kiminsə azad olması haqqında qərar verəndən sonra daha heç bir şeyin mümkün olmadığını anlayan hakimiyyət sonda günahsız insanları “bağışlayır”, əfv edirdi...

Bu aspektdən yanaşanda heç kim birmənalı şəkildə bərəat almırdı. Sonda yenə də hər şey hakimiyyətin humanist məramının təntənəsi kimi baş verirdi...

Burada mühüm bir aspekti də nəzərdən qaçırmaq olmur. Ötən 20 il ərzində bu proseslər ölkədə siyasi mühitin azacıq da olsa mülayimləşməsinə gətirib çıxarmayıb. Siyasi sistem daha çox mürtəceləşməyə doğru gedib, nəinki onun mülayimləşməsinə gətirib çıxarıb...

ŞƏRQİ AVROPA OLSA DA, HƏR HALDA, AVROPA ADLANIR...

Bəlkə də Avropa Şurası və bütövlükdə Avropa üçün bu, böyük bir biabırçılıqdır - Şərqi Avropa ölkəsi kimi təsnif edilən bir yerdə hələ də siyasi məhbuslar var, hələ də insanları siyasi baxışlarına görə təqib edir, onları qondarma maddələrlə məhkum edirlər...

Məhbəs elə bir yerdir ki, heç kimi atdığı addıma görə qınamaq olmur. Amma siyasi fəaliyyət yolunu seçmiş insanlar nəyi də olmasa bu yoldakı məhrumiyyətləri nəzərə almalıdırlar. Dünyada 20 ildən çox məhbəs həyatı və acı məhrumiyyətlər yaşayan insanlar olub, amma sınmayıblar, öz hərəkətlərinə, etdiklərinə görə peşiman olmayıblar...

Məhbəsdə atdığı addıma görə heç kimi qınamaq olmur. Amma siyasi fəaliyyət yolunu seçmiş insanlar nəyi də olmasa bu yoldakı məhrumiyyətləri nəzərə almalıdırlar. Dünyada 20 ildən çox məhbəs həyatı yaşayan insanlar olub, amma onlar etdiklərinə görə peşiman olmayıblar...

Bir daha deyirik ki, məhbəs həyatı görmüş insanlara nəyi necə etməyi tövsiyyə etməkdən çox-çox uzağıq, ən azı ona görə ki, bu ölkənin azad və asudə həyatına baxıb onun məhbəsləri haqqında müəyyən qənaət əldə etmək elə də çətin deyil...

Amma nə etmək olar? İnsanlar harada və necə siyasi fəaliyyətlə məşğul olduqlarının fərqində olmalıdırlar. Siyasi məhbuslara beynəlxalq diqqət var - onların adını hesabatlara salır, müxtəlif mükafatlara təqdim edirlər...

Əslində siyasi məhbus da buna layiq davranış tərzi nümayiş etdirməlidir. Söz yox ki, çətindir, olduqca çətindir.

AĞLA GƏLMƏYƏN İŞLƏR BAŞA GƏLİR...

Bir neçə il bundan əvvəl olmuş bir söhbəti xatırlatmaq istərdik. Təqiblərin daha bir dalğasının baş alıb getdiyi bir dövrdə bir-iki nəfər oturub ölkədəki vəziyyəti müzakirə edirdik. Hamımız bu fikirdə idik ki, kimi olsa da, Leyla xanımı - Leyla Yunusu həbs edə bilməzlər...

Düşünürdük ki, hakimiyyət heç vaxt bu həddə qədər getməz, beynəlxalq institutların təpkisi bu addıma imkan verməz...

Amma Leyla Yunus həbs olundu. Özü də 2014-cü ildə. Təbii ki, istintaqın bütün dəlilləri aydın olmamış bu xüsusda hər hansı bir fikir demək niyyətimiz yoxdur. Sadəcə, ölkədəki proseslərin inkişaf dinamikasını cızmaq istədik...

Əvvəldə qeyd etdiyimiz bir detala bir daha qayıtmaq istərdik. Kimisə haradasa göründüyünə, kimisə guya ki, bir kimsəni “vurduğuna” görə məhbəsə atmaqla bəlkə də hakimiyəti daha bir neçə il uzatmaq mümkündür. Amma belə bir həqiqət var ki, azadlıqla rəqabətdə instənilən ideya və ya siyasi sistem acizdir.

Kim bunu tez dərk edirsə, təkcə öz cəmiyyətini və ölkəsinin insanlarını xilas etmir, o, həm də özünü və yaxınlarını xilas edir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG