Keçid linkləri

Təcili xəbərlər

WhatsApp da yenilik etdi- [Foto]


WhatsApp
WhatsApp

Texnologiya şirkətlərinin bir- biriylə rəqabətə girməsi bir çox yeniliklərə gətirib çıxarır.

«The İndependent» qəzeti yazır ki, «WhatsApp» da bu həftə öz yeniliyini edib.

Belə ki, «WhatsApp»da təkcə sizin mesajınızın göndərilməsi haqqında xəbər verməyəcək, artıq göndərdiyiniz mesajın nə vaxt oxunmasını da sizə bildirəcək.

Qısası, mesaj göndərdiyiniz adamın «mesajı görmədim» demək bəhanəsi olmayacaq.

Əgər gondərdiyiniz mesaj sahibinə çatıb və oxunubsa, o zaman proqram bunu 2 mavi xətt ilə göstərəcək.

«WhatsApp» istifadəçilərə göndərilən mesajın niyə oxunmaması haqqında da köməkçi məsləhət verəcək.

WhatsApp yaradıcısı Jan Koum WhatsApp səsli zəng xidmətinin isə 2015-ci ilin ilk aylarında istifadəyə veriləcəyini bildirib.

XS
SM
MD
LG